ABŞ ordusu daha bir narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib.
Adalet.az-ın məlumatına görə, bu barədə müdafiə katibi Pit Heqset sosial mediada açıqlayıb.
Son bir neçə ayda sayca 8-ci olan bu zərbə gecə saatlarında Sakit okeanın şərqində baş verib. Əvvəlki yeddi hücum Karib dənizində gerçəkləşdirilib. Hadisədə iki nəfər ölüb.