Xeyrəddin Qoca İstanbulda baş konsul işləyərkən gəlir Ramiz Mehdiyevin yanına. Deyir ki, Ramiz müəllim, İstanbulun havası nə mənə, nə də ailəmə düşmür, işdən çıxmaq istəyirəm.
Ramiz Mehdiyev:
- Sən nə danışırsan, Azərbaycanın İstanbulda baş konsulu olmaq şərəfdi. Sən belə bir şərəfi daşıyırsan.
Xeyrəddin Qoca:
- Onda Ramiz müəllim, gəl belə edək. Sən get İstanbula baş konsul, o şərəf sənə qismət olsun, mən də gəlim oturum sənin yerində.