adalet.az header logo
  • Bakı -°C

5 günlük bayram tətili başladı

112 | 2026-05-27 00:00
A- A+

Azərbaycanda 5 günlük bayram tətili başlayıb.

Adalet.az-ın məlumatına görə, bu gün ölkəmizdə Qurban bayramı qeyd olunur. Bayramın ikinci günü isə sabah - mayın 28-də qeyd olunacaq.  

Qurban bayramının ikinci günü 26 May - Müstəqillik Günü ilə üst-üstə düşdüyündən, 29 may qeyri-iş günü olaraq müəyyən edilib və iş günü dəyişdirilib.

Beləliklə, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ardıcıl 5 gün – 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü hesab edilib.

Bayram tətilindən sonra ilk iş günü iyunun 1-də olacaq.

TƏQVİM / ARXİV