Ziyafət Əsgərov: "Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil"
"Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin vaxtilə Naxçıvana muxtariyyət statusu verməsi bu bölgənin itirilməsinin qarşısını alıb:
"Qüdrət müəllim bu məsələni bir neçə dəfə qaldırıb. Nə oldu? Xaos baş verdi. Deputat dediyi sözə görə məsuliyyət daşımır. Amma bir az məsuliyyətli olaq. Unitarlıq muxtariyyətin mövcud olması ilə bağlı deyil. Ölkədə bir neçə muxtariyyət də ola bilər. Oranın ərazi itirməməsinin əsas səbəblərindən biri də muxtar olmasıdır. İndi muxtarlığı ləğv etsək, necə olacaq? O ərazini kimlərin ağuşuna atacağıq? Zəngəzur yolunun açılmasına görə muxtariyyət statusunun ləğv edilməsi qəbuledilməzdir. Biz oranın inkişafı ilə məşğul olmalıyıq, yeni iş yerləri yaratmalıyıq. İşimizi-gücümüzü atıb, muxtariyyətlə məşğul olaq?"
Deputat Qüdrət Həsənquliyev isə ona cavab olaraq bildirib:
"Təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunur? Mən demişdim ki, ictimai müzakirə keçirilsin. Xalq qəbul etsə, edər, etməsə, etməz".
Ziyafət Əsgərov isə cavabında əlavə edib:
"Həmişə siz Naxçıvanın muxtariyyətinin ləğv olunmasını istəmisiniz, mən isə qalmasını müdafiə etmişəm. Araşdırıb baxa bilərsiniz".
Nicat
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

