"Zirə", "Kəpəz" və "Turan Tovuz" cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verib.
Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" klubu 800 manat məbləğində cərimələnib.
Buna "qartallar"ın 4 futbolçusunun "Kəpəz"lə matçda (1:1) sarı vərəqə ilə cazalanması səbəb olub.
Komitə görüşdən əvvəl oyun günü planının pozulmasına görə Gəncə təmsilçisinə eyni məbləğdə cərimə tətbiq edib.
"Turan Tovuz" isə 1600 manat məbləğində ziyana düşüb. Tovuz klubunun azarkeşləri "Qəbələ" ilə heç-heçə (1:1) etdikləri qarşılaşmada meydana yad əşyalar atıblar.
Digər Xəbərlər

“Desəm ki, istədiyimiz kimi heyət formalaşdırmışıq yalan olar” - Qurban Qurbanov

Ronaldodan müsəlmanların qəlbini fəth edəcək addım: “Vurduğu qoldan sonra səcdəyə getdi...”

Qurban Qurbanov dünyaya səs salan hərəkətinə görə mükafatlandırıldı

Di Mariya "Yuventus"dan ayrılacaq

“Real Madrid” Avropanın ən güclüsü oldu

"Liverpul" tarixinin ən bahalı transferini edə bilər

Mehriban Əliyeva Avropa çempionatında uğurlu çıxış edən gimnastlarımızı təbrik edib – FOTO
