adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Yanvar 2015 14:52
109146
MODA

Zeytun yağı ilə 5 gözəllik üsulu

Zeytun yağının necə faydalıolduğunu, güman ki, bilirsiniz. Onun kosmetik əhəmiyyətli olması da məlumunuzdur.Aşağıdakı maskaları da siyahınıza əlavə etsəniz, özünüzü  gözəl, təravətli, gənc dəri ilə təmin etmişolarsınız.

1. Əgər dərinizqıcıqlanırsa, çox həssasdırsa, zeytun yağını qızdırıb 20-30 dəqiqə üzü masaj edəbilərsiniz. Daha çox quru dərili xanımlar, lap elə bəylər də bundan yararlanabilərlər. Həftədə iki dəfə edilən bu masaj üzdəki "lənətəgəlmiş” xırdaqırışların da tədricən hamarlanmasına yardım edər.

2. Quru və normal dərilərüçün meyvə qarışığı püresi hazırlayıb 1xörək qaşığı da zeytun yağı əlavə edin. Qarışığı 15 dəqiqə üzdə saxlayıb, ilıq su iləyuyun. Meyvə olaraq banan, xurma, yemiş seçə bilərsiniz. Bu qarışığı tərəvəzlədə hazırlamaq mümkündür. Bunun üçün sizə kartof, kök, bibər, kələm lazımolacaq.

3. Üz dərisiniyumşaltmaq üçün 1 x. qaşığı kəsmiyi, 2 x. qaşığı zeytun yağı ilə qarışdırın. 20dəqiqədən sonra isti su ilə yuyun. Yumşaqlıqla bərabər dərini həm də nəmləndirməkistəyirsinizsə, kütləyə 1 çay qaşığı bal da əlavə edin.

4.  Növbəti maska isə cavanlıq eleksiri adlanır: 2x. qaşığı zeytun yağı ilə eyni miqdarda kosmetik gili krem şəklinə düşənə qədərqarışdırın. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.  

5. Dərini ağartmaqüçün süd, zeytun yağı, yağsız kəsmik və kök şirəsini eyni miqdarda (1 x.qaşığı)  götürüb qarışdırın. 15 dəqiqəsonra üzü yuyub təmizləyin. Bundan sonra bir parça buzu üzünüzdə gəzdirin. Sonrada mənə sağ ol deyin!