adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Sentyabr 2017 13:41
21255
ƏDƏBİYYAT

ZEYNİN TOYU

TAYİBSALİH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsrərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir. Onun tematik trilogiyahesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bender şah” əsərləridünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Bu əsərlərdən bəzi fraqmentləri Mehman Cavadoğlunun tərcüməsində Adalet.az-ın oxucularına təqdim edirik.


Zeynin anasışayiə buraxmışdı ki, onun oğlu müqəddəsdir, allahın övliyalarından biridir.Zeyn əl-Hüneylə dostlaşandan sonra buşayiə beyinlərdə daha dərin kök saldı. Əl-Hüneyn özünü allaha ibadətə həsr eləmişbir zahid idi. O altı ay bu kənddə ibadət eləyib oruc tutdu, sonra bardağını vəcanamazını götürüb səhraya yollandı, altı aydan sonra yenidən geri döndü. Bumüddətdə onun harda itib-batdığını, nə işlə məşğul olduğunu heç kim bilmirdi.Əl-Hüneyn haqqında qəribə əhvalatlar danışırdılar. Bir də görürdün kimsə onuguya hansısa bir vaxtda Merovada gördüyünə and içdiyi zaman başqa birisi dəand-aman eləyirdi ki, həmin vaxt onunla Kərmədə rastlaşıb. Halbuki bu iki şəhərarasında altı günlük yol var idi! Deyilənə görə, əl-Hüneyn ancaq yer üzünüdolaşa-dolaşa allaha ibadət eləyən zəvvarlarla, necə deyərlər, gəzərgi möminlərlədostluq edirdi.

Əl-Hüneyn kənd sakinlərindən tək-tükadamla kəlmə kəsərdi. İlin altı ayı hara getdiyini soruşanda heç bir cavab verməzdi.Onun nə yediyini, nə içdiyini də bilən yox idi. Uzun yola çıxanda da özüylə yeməyəheç nə götürməzdi.

O, kənddə yalnız bir nəfərlə, Zeynlə xoşdavranır, ona diqqət göstərir, onunla söhbət eləyirdi. Zeyni yolda görən kimiqucaqlayır, başından öpür, onu allahın xoşbəxt bəndəsi adlandırırdı. Zeyn də əl-Hüneyningəldiyini görəndə gic-gic danışığına son qoyar, cəld yaxınlaşıb onuqucaqlayardı. Əsl möcüzədir! Əl-Hüneyn Zeyn gildən başqa bir kimsənin evindəyemək yemirdi. Zeyn onu öz anasının yanına aparır, arvada yemək hazırlamağı,çay, kofe verməyi əmr eləyirdi. Sonra əl-Hüneynlə saatlarla oturub söhbət edir,deyib-gülürdü. Bütün kənd bu dostluğun sirrini öyrənməkçün qır-saqqız olub ondan yapışır, Zeynsə hamıyaeyni sözü təkrar eləyirdi: Əl-Hüneyn onu kutsal adam adlandırıb. Bundan artıq nəistəyirsiz?

Zeyn çox adamla bu cür dostluq eləyib –bütün kəndin fağır, miskin saydığı kar Oşmanla, təkgöz Musayla, anadangəlmə şikəst,üst dodaqsız və sol tərəfi iflic vəziyyətdə doğulmuş Büheytlə. Zeynin beləadamlara yazığı gəlirdi. Bəzən görürdü ki, Oşman sahədən başında bir şələ şaxla gəlir. Tez ona tərəfqaçaraq zarafatlaşır, gülür və şələni alıb öz başına qoyurdu. Və ya hansısa birkənd qızı – onlar, axı, hər şeydən qorxan olurlar – yolda bir qadın və ya kişiylə rastlaşan kimi canınaqorxu düşür, bədəni tir-tir əsir. Elə bil qarşısındakı hansısa bir vəhşi heyvandır.Ancaq həmin qorxacaq qız Zeyni görən kimi üzünə təbəssüm qonur, qırt toyuğunqaqqıltısı kimi sakit, ürkək gülüşlə gülür. Yaxud Musa. Onun adını kənddə heçkim xatırlamır, hamı onu Taygöz çağırır. O, yaşının ahıl çağındadır. Görəndəadamın ürəyi qan ağlayır – qoca çox ləng, çətin yeriyir. Ağır, məşəqqətlərlədolu bir həyat yaşayıb. Lap qədim vaxtlardan kənddəki varlı bir adamın quluolub. Hökumət bütün qullara azadlıq verəndə, Musa öz ağasının yanında qalmağaüstünlük verdi. Bu ağa çox xeyirxah adam idi, ona hörmət edir, mərhəmət göstərirdi.Qocalıq Musanı haqlasa da, zavallının nə bir yaxın adamı, nə də başını soxmağabalaca bir ev-eşiyi var idi. Artıq bir kimsəyə də gərək deyildi. Xarabalıqlardagəzir, gizlənir, yiyəsiz köpəklər kimi həyət-bacaların künc-künarlarındadolaşır, birtəhər keçinirdi... Gündüzlər dalda-bucaqlarda fırlana-fırlana yeməyənəsə axtarır, ovxantı, qır-qırıntı yığır, uşaqlar da onu it kimi ora-buraqovurdular. Zeynin qocaya yazığı gəldi, ona palma çubuqlarından koma hördü, sağmal bir keçi bağışladı. Səhərlərayaqüstü ona baş çəkib gecəni necə keçirdiyini soruşur, gün batandan sonra cibləri dolu xurmayla, qoynu dolu tikələrlə gəlir, nəyivar hamısını qocanın qucağına boşaldırdı. Bir az çay, bir neçə dilim qənd, birovuc kofe gətirdiyi vaxtlar da olurdu... Taygöz Musadan soruşanda ki, Zeynlə budostluq hardandır, qocanın gözləri yaşla dolur və deyirdi: "Bizim Zen tək mənimdostum deyil ki, onu çoxları sevir. Qardaş, sevgi, istək onun təbiətindədir...”Zenin bu xeyirxah əməlləri kənd camatını getdikcə daha çox mat qoyurdu. Nədi,o, allahın yerdəki peyğəmbəridir? Bəlkətanrının adəm sifətində yer üzünə göndərdiyi mələkdir. Bəlkə tanrı bu mələyigöndərməklə öz qullarına xatırlatmaq istəyir ki, böyük ürək sahibi olun, çünkiböyük ürək hər yerdə, Zeyn kimi gülməli birisinin köksündə də, sinənin ən dərinqatlarında da qərar tutanda döyünməyə qadirdir. İnsanlar bunu görür və başlarınıyellədərək deyirlər: "Allahım, sən öz sirrini zəif, üzgün bəndələrində gizlədirsən!”Ancaq bu vaxt Zeynin öz səsi də yüksəlir, kəndin üzərində pərvazlanır: "Siz eysuda boğulanlar, ehe-ey, azad olunanlar! Məni bağladılar...” Və bununla da bumüqəddəs obraz dağılır, külə dönür. Ordan Zeynin əvvəlki obrazı yenidən başqaldırır – insanların öz təsəvvürlərində yaratdıqları, onların ürəyinə yatan əvvəlkiobrazı...

Hər şey sanki beləcə öz axarına düşübgedirdi. Ancaq bu yaxınlıqda gözəl, qanışirin, ox kimi iti gözlü bir qızyaşayır və sən demə, bu qız boşboğaz, dəlisov, avara Zeynin hərəkərlərini izləyirmiş.Bir dəfə o, Zeyni adəti üzrə qadınlarla şit-şit zarafat etdiyi, onlarıgüldürdüyü yerdə haqladı və söydü: "Ağzının suyunu axıtmaqdan, naqqallıq eləməkdənbezmədin? Yaxşısı budur ki, gedib bir işlə məşğul olasan!” Bunu deyərkən qızın gözəlsifətində alışan bir cüt gözlər Zeynin qəlbini yandırıb-yaxdı. O, gülməyinisaxladı, xəcalətdən başını aşağı saldı, yan-yörəsinə yığışmış bir sürü qadındanayrılıb öz işinin dalınca getdi.

... Əminə qulaqlarına inanmadı. Süd satan Həlimədənaz qala onuncu dəfə soruşdu: "Deyirsən, kiminlə evlənir?” Həlimə də onuncu dəfətəkrar elədi: "Hə də , Nuamayla”.

Mümkün deyil. Axı, doğrudan daqeyri-mümkündür! Görünür, qız ağlını tamam itirib. Nuama Zeynə ərə gedir? QəzəbdənƏminənin ürəyi sinəsindən çıxırdı – sən bir işə bax? O iki ay bundan qabaqqürurunu tapdalayaraq, özünü həddindən artıq alçaldaraq Nuamanın anasınınyanına getdiyini yaxşı xatırlayırdı. Axı o, həmin gündən, bəli-bəli həyatındakıo ağır gündən sonra and içmişdi ki, ömrü boyu onunla, Səidiyyəylə kəlmə də kəsməyəcək.Əminənin anası vəfat eləmiş, kəndlərindəki bütün qadınlar ona başsağlığı verməyəgəlmişdilər. Təkcə Səidiyyədən başqa. Nə olsun ki, onun anası vəfat eləyən günSəidiyyə heç yerli-dibli kənddə yox idi. O, xəstəydi və bütöv bir ay Merov xəstəxanasındahərəkətsiz uzanıb qalmışdı. Merovdan qayıdanda bütün qadınlar ona baş çəkməyəgetdilər. Əminədən başqa hamı. Hə. O vaxt qadınlar iki dəstəyə bölünmüşdü. Birqismi hər şeydə Səidiyyəni müqəssir bilir, israr edirlər ki, Əminə gilə gedibbaşsağlığı vermək onun borcuydu – çünki ölüm xəstəlikdən ağır dərddir.Qadınların yarısısa Səidiyyənin ətrafında birləşmişdilər – deyirdilər ki, Əminəninanası hər halda ən ahıl yaşına çatmışdı və sağ adam ölmüş adamdan daha çox diqqətəlayiqdir. Elə bir hay-küy qopdu ki, artıq kələfin ucu itdi. Hər tərəf özdediyinin üstündə durdu və Əminə Səidiyyə ilə ünsiyyətdən qaçdı, Səidiyysəonunla danışmaqdan birdəfəlik imtina elədi.

İki ay bundan qabaqsa Əminənin oğlu anasına andverdi, aman dilədi ki, gedib üzrxahlıq eləsin və Naumaya elçi düşsün! Qadınqürurunu tapdalayır, özünü o qədər alçaldır ki, durub gedir Səidiyyənin həyətinə.Səhər saatlarıydı, ocaqda kofe qaynayır, stolun üstunə fincanlar, şəkər vəbaşqa lazım olan şeylər düzülüb. Səidiyyə onu çox soyuq qarşılayır, kofe içməyəxala xətrin qalmasın dəvət eləyir. Əminə əvvəlcə imtina eləyir, Səidiyyə dəgözlənildiyi kimi təkid etmir. Bu da ki, necə deyərlər, adama qapının dalınıgöstərmək kimi bir şeydir. Ev sahibi dil götürüb demədi ki, allahın nemətidir,bəxtinə düşüb, öz ayağınla gəlib üstünə çıxmısan, bir fincan iç. Bir kəlmə dəolsun bu cür söz söyləmədi! Ancaq Əminə oğlu Əhməd və onun qızı Nuama haqqındaSəidiyyə ilə danışmağa özündə güc tapdı.

Əvvəlcə sıxıldı, sifəti haldan-hala düşdüvə nəhayət, ürəyində onu bu qədər aşağıladığına görə oğlunu lənətləyirərək titrəksəslə danışmağa başladı. Həlimə danışır və deyirdi: "Səidiyyə, mənim bacım... Mənhəqiqətən and içmişdim ki, ömüm boyu sizə ayaq basmayım. Deməli, sən yeganəadam idin ki, mənim evimə gəlmədin, anama görə təsəlli vermədin. Möminlərxeyirxah və mərhəmətli olurlar. Mən səni bağışladım, bacım. İndisə mən birvacib işə, oğlum Əhmədə görə sənin yanına gəlmişəm. Əbu Əhməd, elə deyəsən, məndə, bəli biz istəyirik ki, Nuama Əhmədin arvadı olsun!” Bunları deyibqurtardıqdan sonra qadın hiss elədi ki, dili ağzında kötüyə dönüb, boğazıquruyub, büzüşüb. Təxminən iki dəfə öskürdü – əlləri əsməyə başladı. Səidiyyəsəcavabında heç nə demədi, bir söz də söyləmədi! Heç olmasa, bircə kəlmə nəsədanışsaydı, Əminə bir qədər toxtayar, bu dəhşətli vəziyyətdən az da olsa yaxaqurtarardı. Ancaq Səidiyyə həmişə ona yuxarıdan aşağı baxıb, onu özündən aşağısəviyyəli adam sayıb. O özü gözəl, boy-buxunlu qadındır – həm sifəti qəşəngdir,həm də qəddi-qaməti. Onun açıq, təmiz sifətinə baxanda yeddi qardaşınınvar-dövlətini, atasının geniş torpaq sahələrini, mal-mülklərini hiss etməkmümkündür, hələ ərinin palmaları, bağ-bağatı, inək və digər mal-qaralarıhesabdan deyil. Bu qadının üç uşağı məktəb oxuyub, hökumət işində çalışır. Qızıgözəldir, oğlanlar onu görən kimi qır-qaqqız olub yapışır, əl çəkmək istəmirlər,kimi dindirsən haqqında xoş sözlər danışır. Qadının özünün artıq qırxdan çoxyaşı var, ancaq təzə yetişmiş ərlik qıza oxşayır. Düzdür, azdanışandır, ancaq nəolsun, niyə indi ağzına su alıb oturub, nəsə demir, bir kəlmə də danışmır? Nəhayət,Səidiyyə öz uzun kipriklərini qaldırıb qəribə, anlaşılmaz nəzərlərlə Əminəyəbaxdı. Bu baxışlarda nə qəzəb, nə nifrət, nə tənə, nə də iltifat var idi. O,titrəmədən, həyəcan keçirmədən sakit səslə dedi: "Bütün xoş işlər allahın istəyiləgerçəkləşir. Son söz evin kişisinə məxsusdur. Gələr, çatdırarıq”.

Əminə bütün olub keçənləri bir daha yadınasaldı: üzrxahlıq elədilər ki, guya Nuama hələ ərə getməkçün balacadır, yaşıazdır. Ancaq indi özləri onu Zeynə, kəmağılın, ağzıayrığın birinə verirlər. Buqədər düz, təmiz adamların arasından elə bir bu Zeyni seçdilər?! Əminə dərhalbaşa düşdü, bütün varlığıyla hiss elədi ki, bu işin mayasında şəxsən onu qəsddəntəhqir eləmək, heysiyyatına toxunmaq dayanır.

Südsatan Həliməsə Əminənin gözlərinin bərəldiyini,bəbəklərinin qanla dolduğunu görüb, büsbütün titrəməyə başladı. Arvad hələ dəona süd süzüb-süzmədiyini hiss eləməmişdi. Ancaq Əminənin qabına süd süzmüşdü,indi bir az da əlavə edib dedi:

-Di, özünü ələ al, qonşu... Al, bir az daartıq süzdüm, əsəbləşmə!

İllər durmadan ötüb keçir, Nilin suları daöz növbəsində nəhəng bir pəhləvanın qəzəblə dolan sinəsi kimi qabarırdı.Sudaşıb səhra yarğanlarına çatınca, yaylaların kənarlarındakı evlərin kandarınısakitcə doldurunca əvvəlcə sahilboyu at oynadır, əkin yerlərini basırdı. Gecələrqurbağalar müxtəlif ahənglə quruldayır, şimal tərəfdən nəm, canına şeh hopmuşkülək əsir və özüylə qəribə qoxu gətirirdi. Havadan həm akasiya güllərinin və cənnətbananının ətri, həm çürümüş ağacların, rütubətdən doymuş qüvvətli, bərəkətlitorpağın iyi, həm də ağır-ağır ləngər vuran dalğaların qumun üstunə tulladığıiylənmiş balıqların ufunət qoxusu hiss olunurdu.

Ayın tam bədirləndiyi gecələrdə çayın üzüaydın, nəhəng bir güzgüyə çevrilir, xurma ağaclarının budaqları onun şüşə kimihamar səthi boyu qaçışırdı. Su insan səsləri və musiqi sədalarını xeyliuzaqlara yayırdı. Hardasa iki mil kənarda toy şənliyi keçirilir, qışqırıq vəhay-küy səsləri, titrək təbil gubbultusu, lütenlərin cəhcəhi və bəy təriflərielə aydın eşidilirdi ki, sanki hər şey qonşu evdə baş verirdi...

Bol sulu Nil nəfəsini dərir.

Bir gün oyanırsan ki, Nilin qabarmış sinəsitəmiz çöküb. Su adacıqlardan çəkilərək sakitləşib, şərqdən qərbə doğru yayılanöz əvvəlki məcrasına qayıdıb. Günəş səhərlər bu sulardan çıxır, axşamlar da eləordaca qüruba çəkilirdi. Baxdıqca geniş ərazilər boyu uzanan bərəkətli, par-paryanan, canki cilalanmış torpaq sahələri adamın gözünü oxşayırdı. Öz təbiiaxarına qayıdıb sakitləşən sel suları yerin üstündə günəş şüalarının altındaişıq saçan hamar cığırlar açmışdı. Torpağın qoxusu mayalanma dövrünü keçirənxurma ağaclarındakı bahar tozcuqlarının ətri kimi azğınlaşır, adamın canına işləyir,acgözlüklə burun deşiklərinə dolurdu. Torpaq şişmiş, ağırlaşmış, sakitləşmişdi,ancaq hiss edirsən ki, onun bətni böyük bir sirr saxlayır. O, azğın bir ehtiraslibasına bürünərək öz ağasıyla çoxdan gözlədiyi görüşə hazırlaşan qadınaoxşayırdı. Zahirən sakit görünsə də, içəridə, lap dərinliklərdə damarlarda axansuyun, həyat və bərəkət suyunun uğultusu və coşqusu var idi. O artıq mayalanıb,gərilib – doğuşa hazırdır. Parıltı saçantiyə onun qarnını yarır – budur, məstlik anı, sancılar, sovqat. Yarılanboşluqda toxum cücərir. Ana öz bətnindəki gələcək həyat dölünü necə şəfqətlə, hərarətvə məhəbbətlə qoruyursa, yerin təki də buğda, arpa, paxla toxumlarını eləqoruyur.

Torpaq bətnində bəsləyib yetişdirdiy cücərtivə bar-bəhrəsini dünyaya gətirərkən yarılır.

Nuama yaşının erkən çağlarını, uşaqlıq illəriniyaxşı xatırlayır. Anasının yanına gələn qadınlar bəzən onu dizlərinin üstündəoturdur, çiyinlərinə dağılmış sıx saçlarını əlləriylə oynadır, sığallayır,üzündən, dodaqlarından öpür, körpəni qıdıqlayır, qucaqlayıb bərk-bərk sinələrinəsıxırdılar. Bütün bunlar qızın xoşuna gəlmir, daim onların qolları üstündə tərsinəçevrilirdi. Ancaq bir dəfə iri, enli caynaqlarıyla onun bədənini qucaqlayan kökbir qadının qarşısındakı tam gücsüzlüyüyü səbəbindən o çox atılıb-düşdü.Qadının caynaqları vəhşi heyvan çənəsi kimi uşağın bədənində yumulur, onugötürüb şişman, iri budlarına qısırdı. Bütün bədəni güclü, boğucu bir qoxusaçırdı. Nuama onun qucağından düşmək üçün ilan kimi qıvrılır, ancaq qadın onusinəsinə sıxır, ətli dodaqlarını qızın balaca çöhrəsinə sürtərək boynundan,yanaqlarından öpür, acgözlüklə bu təravətli bədəni iyləyirdi. Nuama var gücüyləonun sifətinə bir yumruq ilişdirdi.Qadın özünü itirdi, qorxdu, əllərini araladıvə Nuama balıq kimi sürüşüb yerə düşərək otaqdan çıxıb qaçdı...

Nuama böyüyəndən, uşaqlıq dövrünüadlayandan sonra istər kişilər, istərsə də qadınlar nəzərlərini ondan çəkmirdilər,qız öz yoluyla sakitcə getdiyi yerdə yanından ötənlərin başı onun ardıncaçevrilirdi. Nuama öz gözəlliyinə önəm vermirdi.

Atasının onu Quranı öyrənmək üçün yerlikuttaba[1] getməyəməcbur eləməsini qız yaxşı xatırlayır. Nuama orda oğlanların arasında yeganəqız idi. Bir ay ərzində yazmağı öyrəndi, Qurandan surələr oxuyan yaşca böyükoğlan uşaqlarına qulaq asır, eşitdiklərini yadında saxlamaq üçün öz-özünə təkrareləyirdi. Bir müddətdən sonra özü Quran oxumağa, böyük şövqlə və həzzlə onu əzbərləməyəbaşladı. Ordakı ayrı-ayrı ayələr qəlb oxşayan xoş müjdələr kimi qızın çoxxoşuna gəlirdi. "Ər-Rəhman”, "Məryəm”, "ət-Tariq” surələrindən yadında qalanlaronu çox həyacanlandırırdı. Əyyub haqqında oxuyarkən hiss eləyirdi ki, qəlbinə dərinbir kədər çökür. "Budur, biz onun yanına gəldik, onun və onun kimi adamlar,onlarla da Rahma, bizlərdən biri” ayəsinə çatanda onu büsbütün böyük, məstedicihisslər bürüyürdü. Rahmanı öz təsəvvüründə qeyri-adi gözəlliyə malik, ərinə sədaqətliolan bir qadın kimi canlandırırdı. Valideynləri onun adını Rahma qoysaydılarnecə də yaxşı olardı! O, böyük qəhrəmanlıqlar göstərmək, fədakarlıqlar etməyinarzusunda olsa da bunları necə, nəyin naminə eləməli olduğunu bilmirdi. Ancaqbir gün özünü qurban vermək vaxtı gələcək, böyük fədakarlıq anı yetişəcək! Onuniçində daim bu cür qeyri-adi, anlaşılmaz hisslər yaşayırdı – "Məryəm” surəsinioxuyandasa həmin hisslər daha da alovlanırdı. Nuama ciddi bir qız kimi özünü buhisslərlə tərbiyə eləmişdi. Məsuliyyət hissi onun xarakterinin əsas cizgisinəçevrilmişdi.

Nuama ev işlərində anasına yardımçı olur,hər şeyi onunla müzakirə eləyir, atasıyla böyüklərə aid olan ciddi mövzulardansöhbət salır və bəzən onu dalana dirəyir. Qardaşlarından biri onu təhsilinidavam etdirməyə məcbur eləyir. Özündən iki yaş böyük olan həmin qardaşı deyir:"Bəlkə həkim oldun, ya da vəkil”. Ancaq o bu yolu seçmək istəmir.

Sifətinə tam bir ciddi görkəm verərəkqardaşına deyir: "Məktəbdə oxumaq, boş şeydir. Oxumaq və yazmağı bacarmaq,Quranı və duaları bilmək kifayətdir”. Qardaşı gülür və deyir: "Bu gün-sabahilahi sevgi qarşına çıxıb, sənə elçi düşəcək və... bütün bu dediklərindənimtina eləyəcəksən!” Ümumiyyətlə, ailənin bütün üzvləri onun gələcəyilə bağlımüəyyən qorxu hissi keçirdiklərini gizlətmirlər. Yaxşı başa düşürlər ki,olduqca ciddi və sakit görkəmi, ox kimi iti baxışları olan bu qızın içindəonlara aydın olmayan çox mübhəmlər gizlənir.

Nuamanın on altı yaşı olanda anası onunlaoğlanlardan danışmağa başladı. Əlbəttə, qızının əri olmağa yarayan, yəni həmvarlı, həm də savadlı, həm qəşəng, həm də ata-anası onun nəslinə tay olanoğlanlardan. Nuamasa, sadəcə, çiyinlərini çəkməklə kifayətlənir, heç nədemirdi. Əminə Səidiyyənin yanına gəlib Nuamanın Əhmədlə evlənməsindən sözaçanda Səidiyyə ona demişdi: "Əlbəttə, son söz evin kişisinə məxsusdur”. Ancaqana öz qəlbinin dərinliyində yaxşı bilirdi ki, son söz qızı Nuamaya məxsusdur.Onun rəyini öyrənmək lazımdır. Osa çiyinlərini çəkir və deyirdi: "Yox bir! Elədanışırsan ki, sanki toya bir gün qalıb!” Mübahisə eləməyin heç bir faydası yoxidi, üstəlik, Səidiyyənin özünün də Əminəylə quda olmaqdan ötrü gözü artmırdı.

Bir müddət keçdi, evə İdris adlı bir oğlanayaq açdı. Kənddə çox qız ona ərə getməyi arzulayırdı. Oxumuş adam idi: ibtidaiməktəbdə müəllim işləyirdi. Quzu kimi sakit, həlim xasiyyəti var idi, adamlarlaçox nəzakətli davranırdı. Hərçənd, qohum-qardaşlarının heç biri yerli sakinlərdeyildi, ancaq İdrisin atası çalışqanlığı və xoş rəftarıyla camaat arasındahörmət və nüfuz qazana bilmışdı. Nuamanın atası hacı İbrahim, anası Səidiyyə vəqardaşlarının üçü də İdrisə qarşı xoş, isti münasibət bəsləyirdilər. AncaqNuama bu məsələylə bağlı fərqli düşünürdü. Eşidən kimi çiyinlərini dartdı vədedi: "Yaramır!” Oh, həmin vaxt qızıyla söhbət edən hacı İbrahim necə əsib-coşdusa,əvvəlcə qızına bir yaxşı sillə ilişdirmək istədi, ancaq gözlənilmədən fikrindənvaz keçdi. Qızın qəfil dəyişən sifətindəki hansısa sərt cizgi və ya ifadə onuniçindəki qəzəbin üstünə su tökdü. Bəlkə gözlərinin ifadəsi, sakit qətiyyəti,yoxsa ötkəmlik? Sanki kişi hiss elədi ki, onun qızı tərs, inadkar deyil,üsyankar deyil, onu bu addımları atmağa təhrik edən özünün haqlı olduğuna vəheç kimin onu seçdiyi yoldan döndərməyə gücü çatmayacağına bəslədiyi hədsizdaxili inamıdır. Həmin gündən etibarən evdə, ümumiyyətlə, bir kimsə Nuamanınevlənməsi barədə kəlmə də kəsmədi.

Nuama özünə qapandığı, öz fikirləriylə təkbətəkqaldığı vaxtlarda evlənməklə bağlı beynində müxtəlif fikirlər dolaşır, qız hisseləyirdi ki, bu izdivac qəflətən, heç gözləmədiyi bir yerdən gələcək. Allahınöz qullarına göndərəcəyi axirət günü kimi gələcək. İnsanların dünyaya gözaçması, qəfil xəstələnməsi və yaxud ölümü kimi gələcək. Ağ Nil[2] necədaşıb fırtına kimi torpağın üstünə hücum çəkirsə, xurma ağacları necə özvaxtında məhsul verirsə, buğda necə cücərir, yağış necə yağırsa, ilin fəsillərilabüd şəkildə bir-birini necə əvəz eləyirsə, o cür gələcək. Yəni, hələ o,doğulmamışdan, hələ böyük Nil öz nəhəng məcrasıyla dünya boyu sərilməmişdən,tanrı hələ bütün bu yer üzünü və onun üstündəkiləri yaratmamışdan əvvəl gizli lövhələrinbirində allahın ondan ötrü yazdığı alın yazısı kimi gələcək. Belə şeylərhaqqında düşünərkən Nuama nə bir sevinc, nə qorxu, nə də ümidsizlik hiss eləyidi.O, sadəcə olaraq, nə vaxtsa çiyinlərinə düşəcək böyük məsuliyyəti hiss edirdi:fərqi yoxdur, bu tez, yoxsa gec baş verəcək. Vilayətdəki bütün yaşıdları, rəfiqələriböyüyüb ərsəyə çatan kimi öz arzuları və xəyallarında nə vaxtsa bir axşam atınıqapının ağzına bağlayıb içəri girən, onu qaçırdıb uzaqlara, möcüzəli birdünyaya aparacaq, xoşbəxt və təhlükəsiz bir həyata qovuşduracaq gözəl biratlının obrazını yaradırdı. Ancaq Nuama öz təsəvvürlərində belə romantik mənzərələrqurmurdu. Nuama yaşa dolduqca özüylə birlikdə qəlbində bol su kimi aşıb-daşan vənə vaxtsa hansısa kişiyə ərməğan edəcəyi bir sevgi böyüdürdü. Bəlkə bu,arvad-uşaqlı, evli bir kişi olacaq və o həmin kişinin ikinci arvadı olacaq. Nəbilmək olar, bəlkə də elə gənc, gözəl, savadlı bir oğlan, yaxud da kənddəkilərinhamısı kimi kərki vurmaqdan əlləri qabarlamış, bütün günü tarlalarda işləməkdən,ləklərin arasında gəzməkdən ayaqları cadarlamış, sifətinə baxanda adamın ürəyinigöynədən zavallı, sadə bir əkinçi oldu. Qoy, lap Zeynin özü olsun!.. Hər dəfəZeyn haqqında düşünərkən Nuamanın qəlbini səmimi hisslər bürüyürdü. Yəqin ki,yalnız analar öz uşaqlarına bu cür hisslər bəsləyə bilərlər. Qızın qəlbində cücərənbu hissə başqa bir hiss də qarışırdı: canıyananlıq. Onun təsəvvüründə Zeynyetim, kimsəsiz, daim qayğıya ehtiyacı olan bir uşaq idi.

Hər halda Zeyn onun dayısı oğluydu. Vəümumiyyətlə, bu canıyananlıqda qeyri-adi bir şey yox idi!

Zeyngecələr harda itib-batır, nə işlə məşğul olur – anası bu barədə heç nə bilmir.O bir yerdə cöcüş tutmayan narahat ruh kimiydi. Harda toydur, Zeyn ordahazırdır, ya təlhiylilərin arasında ağacların altında yatır, ya da köçəriquzlara qoşulub gah cənuba, gah da şimala üz tutur. Onu nə soyuq, nə qasırğa, nədə məcrasından çıxıb sahili basan Nil qorxudur. Qeyri-adi həssaslığı nəticəsindəneçə mil aralıdan qopan qadın çığırtılarıni dərhal eşidir. Paltarını çiyninəatır və üz tutur səs gələn tərəfə. Qəfildən qum təpələrinin arxasındangözqamaşdırıcı işıq sayrışır – bu Omdurmandan gələn maşındır, şosseylə şütüyür.Kabinədən çölə boylanan sərnişinlər bədənini bir az qabağa əyərək, gözləriniyerə zilləmiş hansısa cılız bir fiqurun qumluqla yol ölçdüyünü görür. O, tələsə-tələsəşərqə doğru gedir. Sərnişinlər diqqətlə baxırlar – budur, Zeyn. Görünür, o tərəfdətoydur. Ya yanından keçərkən qışqıra-qışqıra ona nəsə deyir, ya da maşınısaxlayıb öcəşirlər. Beləcə o, addımlayır, arxasınca da maşın karvanı. Qadınçığırtısı, hay-həşirisə getdikcə daha yaxından və aydın eşidilir. Budur, Zeynartıq qadınların səslərini ayırd eləməyə başlayır, kimin qışqırdığını bilir.İşıqlar daha da gurlaşır, orda toplaşan adamların kölgələri gah uzanır, gahqısalır, sanki ruhlar vadisində şeytanlar rəqs eləyir. Toyda oynayanlarınayaqları altından qopan toz dumanı elə bil işıq şüalarına ilişib qalaraq göydəfırlanır. Birdən tanış olan bir səs gecənin bağrını yarır. "Ey, toy əhli,dayanın! Hə, rəqqaslar! Toya Zeyn gəlib!”Zeyn tullanır, sanki amansız bir tale, qəzavü-qədər kimi göydən enir... və rəqqaslarınsırasında öz yerini tutur. Onu görən kimi hamı bir nəfər kimi coşur. Bəli, məhzZeyn burdakı adamları ruhlandırır, onlara təzə nəfəs gətirir, güc verir. Artıqtoyun səsi büdün mahalı bürüyür, adamlar onu cuşə gətirir: "Bir az da şən, biraz da cəld! Lap on nəfərə dəyər!” Qadınların dəstəsində xoş mahnı səsləri kəsilir, işıqlar söndürülür,sübhün açılmağına az qalmış adamlar evlərinə dağılışır, Zensə başını ya birdaşa, ya hər hansısa bir ağacın kötüyünə söykəyərək dərhal quş kimi rahat,yüngül yuxuya gedir. Ta azan vaxtınadək şirin-şirin yatır, müəzzinin adamlarısübh namazına səsləyən səsi eşidilən kimi yerindən atlanıb qalxır, evlərinəyollanır, anasını yuxudan durquzur ki, ona çay hazırlasın.

Bir səhər müəzzin azanını verdi, ancaq Zenqayıtmadı. Günəşin doğuşu ərəfəsində səmaşərqə doğru qızarmağa başladı, gün bir adam boyu yüksəldi, Zensə qayıtmadı.Anasının sol tərəfi yüngülcə ürpəşdi –bu xoş əlamət deyildi. Qadın qəti əmin idi ki, bədəninin sol tərəfindəbu cür titrəyiş baş verirsə, deməli, onun özünə, ya da yaxınlarından kiməsə nəsəbir bədbəxtliklə üz verib. O, Zeynin dayısı gilə getmək barədə fikirləşirdi. Buvaxt qapının arxasında, pəyədə yüngül bir tərpəniş hiss elədi, böyük pəyəqapısının cırıltısını eşitdi. Sonra bərk bir gurultu qopdu və qadın qəflədən özqarşısında dəhşətli bir mənzərə gördü. Necə qışqırdısa, Nuamanın atası hacıİbrahim onun səsini eşitdi. Kişi dörd ev o yana öz evində xalçanın üstündəoturub səhər kofesi içirdi. Bütün həyət kişi və qadınlarla doldu, arvadlarZenin huşunu itirmiş anasını götürüb apardılar. Camaat yenə iki hissəyəbölündü: bir hissə ananın dalınca getdi, qalanlarsa sipər kimi Zeynin ətrafınadüzüldü. Onun başı yaralanmış, demək olar ki, düz gözünə kimi uzanan çapıqaçılmış, sinəsi, köynəyi, tumanısa qana boyanmışdı. Adamlar başlarını təmizitirmişdilər. Nuama aralıda səssiz duraraq, gözlərini Zeynin üzünə zilləmişdi:bu gözlərdə zərrə qədər qəzəb yox idi, bu gözlərdə böyük bir şəfqət və ağrı varidi.

-Həkim... – deyə hacı İbrahim dilləndi.

Bu sözlər odun üstünə tökülən su təsiriyaratdı – qadın qışqırtıları dərhal kəsildi. "Həkim!” – Məchub qışqırdı. "Həkim!”– Əbdül-Hafiz çığırdı. Əhməd İsmayıl eşşəyin belinə tullanıb həkim dalıncagetdi...

Zeyn iki həftə Merovdakı xəstəxanada yatıbgeri qayıdanda, yumru sifəti işıq saçır, paltarı ağlıqdan bərq vururdu. Güləndəadamların matı-qutu qurudu! Ağzındakı sapsarı saralmış iki yöndəmsiz dişinizi-tozu da yox idi. Əvəzində üst çənəsinə başdan ayağa kimi göz qamaşdıran ağdişlər düzülmüşdü. Alt çənəsini bəzəyən bu cür düz və hamısı bir boyda dişlərsəsanki sədəfdən yonulmuşdu. Zeyn bir başqa adam olmuşdu. Və onu qarşılayancamaatın tən ortasında dayanmış Nuamaya elə gəldi ki, Zeyn heç də axmaq-zaddeyilmiş...

O, uzun müddət özünün Merov səfərindənbaşqa heç nə barədə danışa bilmirdi. Başına gələnləri köhnə dostları Məhcuba,Əbdül-Hafizə, Əhməd İsmayıla, Həməd Vad ər Rəisə, Ət-Tahir ər Rəvvasiyə,dükançı Səidə danışması ona xüsusi ləzzət verirdi.

-Qardaşlar, elə mən ora çatan kimi dərhalpaltarımı əynimdən dartıb çıxartdılar və təmiz paltar geyindirdilər... Büsbütünşəkillərlə bəzənmiş çarpayı! Süd kimiağappaq mələfələr, necə gözəl adyallar! Xalçanınsa üstündə adamın ayağısürüşürdü!..

-Qurtar bu adyallardan və xalçalardan! – deyəMəhcub ona sürtüşməyə başladı. – Gör, dağarın necə yekəlib, ora nə doldurublarelə?

Zeynin çənəsi əsdi, dodağı titrədi – sankidadlı yeməklər düzülmüş ziyafət masasında oturmağa hazırlaşırdı!

-Aha! Aha! Merov qospitalındakı yeməklər əslziyafət yeməkləridir! Məgər burdakılar yeməkdir? Orda adama bir az balıq daverirlər, yumurta da, ət də, nədi o, toyuq da...

Məhcub yenə onun sözünü kəsdi:

-Deyirsən, qospitalda hər şeydən bir azyeyirlər? Bəs sən orda qarnını necə doydururdun?

Zeynqəsddən ağzını gen açaraq güldü. O, təzə dişlərinin hamısını göstərmək üçün bucür gülməyi əvvəlcədən məşq eləmişdi:

-Tibb bacısı tanış idi, bax belə! O bu məsələlərləşəxsən məşğul olurdu!

-Aman allah! Allahdan başqa tanrı yoxdur– deyə Əbdül-Hafiz qışqrıdı. – Səninki hər yerdə gətirir, yaramaz! Deməli,gedib orda tibb bacısıyla dilxoşluq eləmisən?

Güclə içində boğduğu gülüşdən Zeyninbütün bədəni silkələndi:

-Oh!.. Oh!.. o səninçün kənd gəlinideyil!

Bu məqamda, nəhayət, Ər-Rəvvasi də dözmədi,mübahisəyə qarışdı – bu vaxta kimi o, sakitcə söhbətə qulaq asır, heç nə demir,yalnız gülürdü.

-Peyğəmbər və əsabələri köməyin olsun! Oh,Zeyn, bizə o qız haqqında danış.

Zeyn kiminsə ona qulaq asdığından qorxuyadüşən adam kimi ətrafa göz gəzdirdi, səsini alçaldıb dedi:

-Nədi, gədə, allaha and içirəm ki, onun ordabütöv bir təsərrüfatı var!..

Bu yerdə söhbət bir müddət kəsildi – hamıdostcasına qəhqəhə çəkib gülməyə başladı. Nəhayət, Həməd Vad ər-Rəis özündə güctapıb, içindəki gülüşü birtəhər boğdu və dedi:

-Sən onunla nə yapmısan, sınıq çənbər?

Zeyn sanki son sualı eşitməmiş kimi davamelədi:

Hə-ə!.. Qardaş, gözəl qız idi,Omdurmandan. Əsl arvad!

Ər-Rəvvasi Zeynə tərəf yaxınlaşdı və sualıbaşqa cür qoydu:

-Di, yaxşı, sən nə gördün, onun orda nə təsərrüfatıvar?

-Nədi, mən kor-zadam, bəyəm? Burnumunaltını görmürəm? – deyə Zeyn fikirləşmədən cavab verdi.

Bu cavab Məhcubun xoşuna gəldi. O, Vad ər-Rəisəbaxdı:

-Bəsdir, gic-gic danışdın! Bu barədə bir dəfədedilər, bəsdir!

Zeyn qımışdı, sifətində eyhamlı təbəssümoynadı. O, əllərini başının arxasına qoydu, bir balaca arxaya dartındı vəyavaş-yavaş sözünə davam elədi:

-Qardaşlar, deməli, siz bilmək istəyirsinizki, mən onunla ey... eyy... neyləmişəm, hə?...

-Peyğəmbərə and verirəm, Zen – deyə Vad ər-Rəisacgözlüklə dilləndi. – Danış di, tez ol, danış görək, sən onunla neyləmisən?

Zeynin sifəti şişmanlaşdı. Danışmaq üçünağzını açar-açmaz... Səidin dükanındakı böyük fənərin işığı onun dişlərində bərqvurdu. Elə həmin anda əqrəb çalmış adam kimi ayaqları üstə tullandı.

Əhməd İsmayıl da yerindən tullandı, onundalıncasa Məhcub, Ət-Tahir ər-Rəvvasi və Həməd Vad ər-Rəis...

-Tut onu! – deyə Əbdül-Hafiz var gücüyləbağırdı.

Məgər belə məqamda Zeynə güc gəlmək olar? Obir göz qırpımında çağrılmamış qonağı tutdu, başı üzərinə qaldırdı və vargücüylə yerə çırpdı! Üstünə tullanıb, boğazından tutdu...

Hamı Zeynin üstünə atıldı. Əhməd İsmayılsağ qolundan yapışdı, Əbdül-Hafiz sol qolundan tutdu. Ət-Tahir ər-Rəvvasi əlinibüküb onun qarnının altına soxdu, Həməd Vad ər-Rəis ayaqlarından yapışıb itələməyəbaşladı. Bu vaxt tərəzidə nəsə çəkən dükançı Səid iş-gücünü bir kənaratullayaraq yerindən sıçrayıb qalxdı və Həməd Vad ər-Rəis kimi Zeninayaqlarından tutdu. Heyhat! Hamısı birlikdə nə qədər əlləşdisə, onun öhdəsindəngələ bilmədi...

Zeynin möhkəm bədənində heç kimin üstün gələbilməyəcəyi nəhəng, dəhşətli bir güc var idi. Kəndin bütün sakinləri bunubildiklərinə görə onunla toqquşmaqdan qaçırdılar. Doğmaları, yaxınları əllərindəngələni edirdilər ki, o öz gücündən kiməsə qarşı istifadə eləməsin. Bir dəfə sahədətərs bir öküzün Zeynin üstünə yeriməsini xatırlayanda hələ də adamların ürəklərilərzəyə düşür. O, öküzün buynuzlarından yapışıb saman dərzi kimi yuxarıqaldırdı, silkələdi və heyvanın yekə cəmdəyini sınmış qabırğalarıyla birlikdəyerə çırpdı. Qəzəbindən zəncir gəmirdiyi günlərin birindəsə bütöv bir akasiyaağacını qarğıdalı saplağı kimi dartıb kökündən çıxartmışdı. Bəli, bu cılız bədəndəyenilməz, həqiqətən qeyri-insani bir gücün yatdığını hamı bilirdi. İndi qurbankimi Zeynin əlinə düşən Seyfəddininsə artıq axırı çatmışdı!.. Ani olaraq səslərbir-birinə elə qarışdı ki, heç nə ayırd eləmək mümkün deyildi: "Bu eşşək oğlunabax, mən indi onun canını alacam!” "Eşşək oğlu” – bu, Zeynin kişilərin ünvanınasöylədiyi ən sərt söyüş idi. Əbdül-Hafiz qorxudan titrəyən, zəifləyən bir səsləqışqırırdı:

-Peyğəmbərə and verirəm, Zen! Allah xətrinə,burax onu, Zen!..

Məchub taqətsiz halda söyürdü.Ordakıların arasında yaşca ən balacası və nisbətən güclüsü Əhməd İsmayıl idiki, onun da fərasəti yalnız dişlərini bərk-bərkZeynin dalına ilişdirməyə çatdı.

Ət-Tahir ər-Rəvvasi də öz gücüylə adçıxarmışdı. Balıq tutmaq üçün gecələr sərbəst şəkildə Nili o baş-bu başa üzübkeçir, yarım saata kimi suyun altında qalır, nəfəsi kəsilmirdi. Ancaq onun gücüZeynin gücüylə müqayisəyə belə gəlməzdi.

Birdənhay-küyün, qarmaqrışıqlığın içində Seyfədinin boğazının xırıltısını eşitdilər,baxdılar ki, artıq onun ayaqları göydə yellənir, sanki havanı döyəcləyirdi.

-Qurtardı! – deyə Məhcub bağırdı. – Meyit.

O bunu demişdi ki, hamısının arxasındansakit, ciddi bir səs eşidildi.

-Zeyn... Mənim bəxtiyar balam... Qoy,allah sənin üzünü güldürsün!

Zeynin barmaqları öz-özünə aralandı,Seyfəddin hərəkətsiz kötük kimi yerə sərələndi. Qəfil Əl-Hüneynin səsini eşidənaltı nəfərin hamısı ayağa qalxdı, Zeynin qeyri-adi itaətkarlığı onları heyrətəsalmışdı. O, bir göz qırpımında dikəlib əvvəki yerində durdu, həm də bunu eləetdi ki, sanki çətinliklə dayaq verib güc-bəla saxladığın uçan bir divar qəfildənqayıdıb öz yerinə oturdu. Ani olaraq araya dərin sükut çökdü – qorxu,çaşqınlıq, ümid hisslərinin qarışdığı sükut! Bir az keçmiş hamı özünə gəldi vəSeyfəddini xatırladı. Başlar ona tərəf əyildi və Məhcub sevincdən titrəyən səslədedi:

-Allaha şükür! Allaha şükür!



[1] Müsəlmankəndlərində ibtidai məktəb.

[2] Ağ Nil – Nil çayının Sudanın ərazisindəsol qolu əl Qəzəl çayı ilə birləşdiyi yerdən paytaxt Xartuma qədər olan hissəsi.Çayın Xartumdakı ağzı Mavi Nil adlanır (tərcüməçi).


Yazının əvəllini BURADAN oxuya bilərsiniz