adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Sentyabr 2017 15:30
12194
ƏDƏBİYYAT

ZEYNİN TOYU

TAYİBSALİH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsrərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir. Onun tematik trilogiyahesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bender şah” əsərləridünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Bu əsərlərdən bəzi fraqmentləri Mehman Cavadoğlunun tərcüməsində Adalet.az-ın oxucularına təqdim edirik.

-Xəbərinvar, xəbərdən? – deyə süd satan Həlimə Əminədən soruşdu. Əminə, adətən, səhəringözü açılmamış özünü Həliməyə çatdırsa da, vur-tut bir kırşlıq[1]süd alırdı.

-Zenevlənməyə hazırlaşır!

Bardaq az qalaƏminənin əlindən düşəcəkdi. Ona süd tökmək istəyən Həlimə bunu hiss elədi və əlini saxladı...

Səhər tezdənorta məktəbin həyəti bomboş idi, şagirdlər dağılışıb siniflərə doluşmuş, hər tərəfəsakitlik çökmüşdü. Birdən uzaqda bir oğlan göründü. O, köynəyinin ətəyiniqoltuğunun altına yığıb qaranəfəs qaçırdı, ancaq sinif qapısının kandarınaçatar-çatmaz, sanki kötüyə dönüb yerində dondu – dərsi inspektorun özü keçirdi!

-Ay, sənin,yaramaz, uzunqulaq qoduq! Niyə gecikmisən?

Ət-Tureyfin gözlərində hiyləgər işartılar oynaşdı:

-Əfəndi,xəbəriniz var, xəbərdən?

-Qırışmal,nə xəbər, hansı xəbər?

Uşaq zərrəqədər də olsa, özünü itirmədi və onun bu arsız görkəmi inspektorun qəzəbini biraz da artırdı. Oğlan buna fikir vermədi, gülməkdən özünü zorla saxlayaraq üdüləməyəbaşladı:

-Birisigün Zen evlənir!

Heyrətdəninspektorun çənəsi sallandı. Dəcəl və dəlisov Ət-Tureyfisə bu dəfə töhmətləcanını qurtardı...

Abd ac-Səmədyanaqları pörtmüş halda şeyx Əlinin dükanına yaxınlaşdı. Açıq-aydın görünürdüki, hirsindən zəncir gəmirir.

Mebelalverçisi şeyx Əli bir aydır ki, ona olan borcunu qaytarmağı uzadırdı. Bu gün,nəyin bahasına olursa-olsun, Abd əs-Səməd pulunu ondan qopartmaq istəyirdi.

-Əli! Eləbil axı, dedin ki, mən səndən hələ də öz pullarımı geri almamışam... Yoxsa, necə?..

-A-a!..Hacı Abd as-Səməd! Bəs necə, bəs necə! Allah səni saxlasın! Otur, sənə birpiyalə ayran gətirim.

Yox e,can-ciyər, qoy cəhənnəm olsun sənin ayranın! Dur, sandığını aç, mənim pulumuver, yoxsa səninlə başqa cür danışacam. Başa düşdün?

Şeyx Əli tüpürdü. Böyük bir iş öncəsi bu cürtüpürmək onun adətiydi.

-Hələ birotur görüm. Sənə təzə xəbər deyəcəm.

-Yox e,qaqaş! Sənin yeni xəbərlərinə qulaq asmağa mənim vaxtım-zadım yoxdur. Sənindabbaqda gönünə bələdəm, yenə də başımın altına yastıq qoymaq istəyirsən.Pulları bura qoy, görüm.

-Canınhaqqı, yox. Budur bax, sənin pulların hazırdı. Sən bir yanını yerə qoy, qulaqas. Mən indi sənə Zenin evlənməyinin bütün tarixçəsini danışacam.

-Kiminevlənməyinin?

-Zenin

Abd as-Səmədəlləriylə başını tutub dükanın yerinə çökdü, matı-qutu qurudu, sanki dili birdəfəlikbatdı. Onun bu halına baxa-baxa öz bic fəndindən və bu fəndin nəticəsindən zövqalan şeyx Əlinin bütün vücudu başdan-ayağa işıq saçmağa başladı. Nəhayət, Abdas-Səmədin dili açıldı.

-Oy,Allah! Allahdan başqa tanrı yoxdur və Məhəmməd onun rəsuludur! Şeyx Əli, qoy,peyğəmbər özü sənin başına ağıl qoysun. Bu nə sözdü sən danışırsan?..

Həmingün Abd as-Səmədin pulları geri qayıtmadı.

Artıqgünortaya yaxın bu xəbər hamının ağzında dolaşırdı. Zen kəndin ortasında,quyunun ağzında dayanıb, qadınların səhəngini suyla doldurur və həmişə olduğukimi onları güldürürdü.

Uşaqlar ətrafdaqaynaşır, ara-sıra bir ağızdan oxuyurdular:

-Zen-bəy!Zen-bəy!..

Zensəgah xırda daşları onlara tərəf tulazlayır, gah qızların ətəyindən dartır, gahda barmağının ucuyla arvadları böyrünü dümsükləyir və ya onların döşlərindənyapışırdı... Uşaqlar gülüşür, arvadlar aldıqları zövq və nəşənin təsirindənqiyyə çəkir, bütün bu hay-küy və mərəkəsə, Zeynin və yaxud kəndçisayaq desək,sadəcə, Zenin bu dünyaya təşrif gətirdiyi gündən etibarən bu yerlərdən əskikolmayan şən gülüş səsləri və çılğın qəhqəhələrin arasında itib- batırdı.

Məlum məsələdir:uşaqlar doğulur və həyatı qışqırtıyla qarşılayırlar. Ancaq deyirlənə görə – anası və doğuşu qəbul edən qadınlar da bunazamindir – Zen qədəmlərini dünyaya basar-basmaz hər tərəf onun gur gülüş səslərinəqərq oldu. Elə həmin vaxtdan bu günə kimi də hey gülür. Gülə-gülə böyüdü, ərsəyəçatdı. Ancaq ağzını ayıranda görürsən ki, vur-tut iki dişi var: biri yuxarıdanadamın gözünə girir, o biri aşağıdan ağarırdı. Anası and-aman edir ki, bu ağıznə vaxtsa düppədüz, inci kimi ağappaq dişlərlə doluydu. Bir dəfə arvad oğlunu dayanına alıb qohumlarına baş çəkməyə gedəndə uşağın altı yaşı var idi. Günəşinqürub çağı onlar şayiələrə görə guya hələ də insanların yaşadığı hansısa birxarabalığın yanından keçirdi. Birdən Zen getdiyi yerdəcə qəfil dayandı, sankiyerə mıxlanıb qaldı, bir an sonrasa qızdırma içində titrəyə-titrəyə qışqırmağabaşladı...

Həminaxşamdan sonra o, uzun müddət yatağa düşdü, sağalıb ayağa durandasa artıq dişlərininhamısı çıxıb tökülmüş, bir diş yuxarıda, biri də aşağıda qalmışdı.

Onunuzunsov sifəti, aydın seçilən girdə almacıq sümükləri, müxtəlif istiqamətlərəuzanan çənəsi, yumru alnı var idi. Daim qıpqırmızı olan balaca gözləri çox dərindəydi,sanki üzündə iki çuxur açılmışdı. Sifətində bir dənə də tük yox idi – nə qaşı,nə də kipriyi. Yetkinlik yaşına çatanda da nə bığları çıxdı, nə də saqqalı.

Bu sifətin altında çox uzun bir boyun var, hələuşaqlıqdan tay-tuşları "zürafə” deyə onu cırnadırdılar. Bu uzun boyun güclü vəenli çiyinlərin üstündə durmuşdu. Bir sözlə, bütün bədəni üçbucağı xatırladırdı,əllərisə meymun qolu kimi uzun idi. Çox böyük ovcundan dimdüz uzananbarmaqlarının ucunda iti, uzun dırnaqları var idi – o heç vaxt dırnaqlarını kəsməzdi.Sinəsi batıq, beli bükük, ayaqları durna ayaqları kimi uzun idi. Enli və yastıpəncəsi büsbütün köhnə yara və çapıqlarla doluydu. Ayaqqabı geyinməyi qətiyyənxoşlamayan Zen bu yaraların hamısının tarixçəsini yaxşı xatırlayırdı. Məsələn,sağ ayağının topuğundan baş barmağına kimi uzanan bu iri yara haqqında Zeyn belədanışırdı: "Qardaşlar, bu yaranın öz tarixçəsi var...” Hər dəfə də elə burdacaMəhcub onun sözünü kəsirdi: "Nə tarix-zad, a düşük? Yəqin ki, oğurluğa gedəndəgörüblər, tikanlı zopayla vurublar?” Bu sözlər Zeynin çox xoşuna gəlir, canınayağ kimi yayılırdı. Dalı üstə tirtap uzanır, şaqqanaq çəkir, dabanlarını yerədöyəcləyir, ya da ayaqlarını göyə qaldırıb özünün daha çox eşşək anqırtısınaoxşayan qəribə, qeyri-adi qəhqəhələriylə aləmi başına götürürdü. Bu elə təsirli,sirayətedici bir gülüş idi ki, bütün ətarafdakılar da leş-leşə yerə sərilir,qarnını tutaraq, gözləri yaşaranadək şaqqanaq çəkir, uğunub özlərindən gedirdilər.

Bir azdan Zeyn artıq toxtayır, özünə gəlir,köynəyinin ətəyilə üzündəki göz yaşlarşnı silir və inildəməyə başlayır: "Oh,oh... oğurluğa gedibmiş!..”

Məhcubsa onu yenidən qızışdırırdı:

-Sən onda nə oğurlamağa getmişdin? Yəqin,yağlı bir tikə ələ keçirtmək üçün otaq-otaq fırlanırmışsan?

Zen üz-gözünün yaşını silib qurtarmağamacal tapmamış yenidən qəhqəhə çəkir, gülüş səsləri ətrafı bürüyürdü. Nəhayət,Məhcubun dediyi hamıya çatır: Zeynin nəsə dadlı bir şey qamarlamaq üçün kiminsə evinə girməyində qeyri-adi nə ola bilərki?! Axı o əsl qarınqululudur, əlinə düşəni içəri ötürmək fürsətini fövtə verən,bundan ötrü heç nədən çəkinən deyil!

Toyda stollar açılır, adamlar onun ətrafındadövrə vurub oturur. Bu zaman tay-tuşları Zeynin onların yanına düşməməsi üçün əvvəlcəyan-yörəyə göz gəzdirir, sonra əyləşirdilər. Yaxşı bilirdilər ki, qarınqulunungözlərini bərəldərək yeməklərə baxması kifayətdir! Heç kimə bir tikəsaxlamayacaq!

Əbdül-Hafiz üzünü ona tutub deyir:

-Bəlkə Səidin toyunda durquzduğun hoqqadandanışasan?

Osa gülməkdən boğula-boğula cavab verir:

-Nə hoqqa-filan! Allaha and olsun ki, nəçırpışdırmışdımsa o yaramaz İsmayıl məni qovarkən son tikəsinə kimi salıb itirdim.

Necə olmuşdusa Səidin toyunda yeməkpaylamağı Zeynə etibar eləmişdilər. O, kişilərin əyləşdiyi divanla[2]qadınların biş-düşlə məşğul olduğu tukal[3]arasında ora-bura qaçırdı. Tukaldan divana gedərkən bir müddət ayaq saxla və... döşünə yatandan nə qədər istəyirsən tıxgetsin. Bir də görürdün qonaqların stoluna, demək olar ki, tam boşalmışboşqablar qoyulurdu. Əhməd İsmayıl duyuq düşüncə Zeyn düz üç dəfə bu hoqqanıdurquzmuşdu. O, Zeynin dalınca düşdü və yarı yolda gizlənib onu pusmağabaşladı. Zeyn dayanır, qızardılmış toyuq olan qabın qapağın qaldırır... və ləzzətdəngözləri qıyılır. Elə toyuğun yağlı budlarından təzəcə yapışıb ağzına aparmışdıki... Oy, bir mərəkə başladı ki, gəl görəsən. Əhməd İsmayıl onu bəs deyincəşillə- təpiyə qonaq elədi! Belə...

Ancaq Məhcub yenə ondan əl çəkmir: "Sən bizənə nağıl danışırsan, a dilənçi? Sən nə oğurlamağa getmişdin?” Zeyn çox hörmət bəslədiyibu dəstənin necə səmimi şəkildə qulaqlarını şəkləməsini, yerlərinirahatlamasını, ayaqlarını altlarına yığmasını, əllərini dizlərinin altınasoxmasını, oturub yırğalanmasını seyr edir.

-Deməli, keçən yay, xurma yetişənvaxtlarda mən cakiyanın [4]yanında dayandım. Gecə... oğlan... bərq vuran ay... Köynəyimi çıxardıb çiyniminüstünə atdım – qaranlıqda onu geyinmək nəyə lazımdır? Və evlərə doğru aşağıdüşdüm. Kəndin qırağındakı qumluğa çatanda eşidirəm ki, arvadların çal-çağırı,qışqır-bağırı ətrafı başına götürüb.

-Hə-hə, düzdü, - Məhcub dedi. – Onda Bəkrinintoyuydu.

-Belə,– Zeyn davam eləyir. – Dedim, gedim görüm nə məsələdir. Sən demə, Təlhinintoyundakı adamlar idi, şənlənirmişlər. Bir az da irəli getdim – ordasa tam birmərəkə, ərəsat: arvadların hay-küyü, çığır-bağırı, rəqslər... Mən də, əlbəttə,ilk olaraq fikirləşdim ki, baxım görüm özümə yeməyə nə tapıram.

Elə bu vaxt toydakı adamlar məhz bunu gözləyirmişkimi qəhqəhə çəkə-çəkə çığır-bağır salmağa başladılar.

-Ancaq arvadlar, – Zeyn davam eləyir, – mənəbir tikə ət verdilər, onu yeyib üstündən də nəsə çox acı bir şey içdim...

-Deməli, sənə suyla qarışdırılmamış təmizaraq[5]veriblər – deyə Məchub dilləndi.

-Yox, – Zeyn dedi, – araq yox. Nədi, yoxsasən elə bilirsən mən araq-zad tanımıram? Qulaq as, deyim. Mən nəsə elə bir şeyiçdim ki, düz başıma vurdu. Sonra tukaldan çıxdım... Evə girdim. Arvad – biryığın. Və – üfunət! Ətir, yağ qoxusu,rayihə, büxur – nəfəs almaq mümkün deyildi! Nəfəs gedirdi, gəlmirdi. HəttaTalağıma and olsun ki, məni bu iy sərxoş elədi.

-Talaq üçün arvadı hardan tapdın? – deyəƏbdül-Hafiz güldü.

Zeyn bu sözləri danzına da almadı, fikri-zikridanışdığı əhvalatın yanındaydı.

-Hə... Düz ortada gəlini gördüm. Qəşəng,iri qız idi. Ətirli, ənlik-kirşanlı. Geyimi, bər-bəzəyi, şax-şaxı – baxdıqcabarmaq yala!

Bu yerdə o qəfil susur. Balaca gözlərinihəmsöhbətlərinin sifətlərdə gəzdirə-gəzdirə ağzını elə aralayır ki, dimdik dişlərininikisi də görünür. Hövsələsi daraldığı üçün yerində qurdalanan Məhcubsa Zeyniqızışdırır:

-Di, tez ol, sonra nə oldu?

-Sonra mən, deməli, gəlinlə əyləndim.

Bunu dedi və qurbağa kimi yerindəntullandı. Məclisdəkilər çığıır-bağır salmağa başladıar. Zeynsə şaqqanaq çəkərək,qarnı üstə uzanır, dabanlarını yuxarı qaldırıb yellədir, sanki milçək qovurdu.Sonra ağzı yuxarı çevrilib gülə-gülə dedi:

-Aha! Onu tutub dodaqlarını dişlədim!

Məhcub bərkdən allahın adını çəkib, əfvdilədi. "Tfu sənə, gör nə danışır, – dedi. – Bağışla, tanrım”.

-Hələ bir dalına qulaq as, gör bundansonra nə mərəkə qopdu. Arvadlar zingildəməyə, əl-qollarını yellətməyə, gəlinvar gücüylə anqırmağa başladı. Bir sözlə, evdə bir çaxnaşma başladı ki, gəl görəsən.Birdən kimsə bıçaqla üstümə atıldı!.. Necə tullandım, necə daban əlli altıgötürüldümsə, öz evimizin kandarına çatıncabir dəfə də olsun çevrilib arxaya baxmadım.

Bu yerdə Zeyn birdən oturdu, yerinirahatladı, özünə xas olmayan ciddi görkəm alıb Məhcuba tərəf çevrildi:

-Qulaq as, qardaş. Sən qızın Alviyanı mənəverirsən, yoxsa necə?

Məchubsa sanki hər şeyi əvvəlcədəndüşünərək, götür-qoy edibmiş kimi ona çox ciddi və inamlı cavab verdi:

-Mənim qızım sənin qismətindir. Bax,burda yığışan adamların qarşısında sənə deyirəm: taxılını biçərsən, xurmalarınıyığarsan, satıb pul eləyərsən, sonra danışıb razılaşarıq.

Bu vədlər Zeynin ürəyincə oldu. Osusdu. Qaşlarını tərpətdi, dodaqlarını sıxdı – sanki Alviya ilə keçirəcəyi gələcəkgünlər, ailə həyatının çətinlikləri, gündəlik qayğıları, arvadı, uşaqları barədədüşünməyə başladı.

-Əlbəttə! – dedi. – Qardaşlar, şahidolun. Bu adam öz sözünü dedi. Yaxşı, ya pisdir – sabah fikirləşmək gecdir!

Və bütün dostlar – Əhməd İsamayıl da, Ət-Tahir ər Rəvvasi də,Əbdül-Hafiz də, Həməd Vad ər-Rəis də, dükançı Səid də birdən dilləndilər. Dedilərki, Məhcubun verdiyi sözə şahiddirlər. Madam, söz verildi, qurtardı, deməli,toy olmalıdır, çünki allahın istəyi belədir.

...Zeynlə Məhcubun qızı Alviyanın sevgitarixçəsi o vaxt oğlanın sonuncu məhəbbət tarixçəsiydi. Bir, ya iki ay keçəcək,həmişəki kimi bu əhvalat Zeyni bezdirəcəkvə yeni bir tarixçə başlayacaq. Ancaq indi o yalnız Alviya haqqında düşünür,onun adıyla yatır, onun adıyla dururdu. Hər gün günorta çağı tarlada kərkininüstünə əyilir, geri dartınır, tər üzündən sel kimi axır və birdən əlindəkiişini atıb bərkdən anqırmağa başlayır:

-Məni Məhcubun həyətinə bağladılar.

Qonşu tarlalarda onlarla adam kərkini birkənara tullayır, yerə mıxlanmış kimi düppədüz dayanıb ona qulaq asır. Gənclərmehribancasına gülüşür, Zeynin əyləncələrindən cana doymuş qocalarsa,dilxor-dilxor donquldayırlar:

-Başı xarab gədə, o nə deyir, nə çərənləyir?Buna bax, bu da ayğır oldu!..

Gün yerə doğru əyilir, tarla işləri sonaçatır, camaat evə gedir. Zeyn gənclər dəstəsinin başında addımlayır. Yeniyetmələr,balaca qızlar böyür-başında fırlanır, gülüşür, osa lovğalanır, özünü dartır,sir-sifəti işıq saçır, birinin çiynini şappıldadır, digərinin üzünü çimdikləyir.Tullana-tulana gedir, ceyran kimi sanki havada süzür. Yolun kənarında bir kötükvə ya kol görən kimi üstündən tullanır. Ara-sıra var gücüylə anqırır, səsi günəşbatandan sonra dincliyə qovuşmuş, sükuta qərq olmuş kəndin kənarlarında əks-sədaverib dalğa kimi ətrafa yayılır.

-Urru-ruk! Ey, siz, suda boğulanlar! Ey,azad insanlar!.. Məni dərz kimi Məhcubun həyətində bağladılar!..

İlk məhəbbət Zeyni çox tez, cinsi yetişkənlikdövrünə xeyli qalmış haqlamışdı. Onda onun on üç-on dörd yaşı olardı, arıq vəcılız, qurumuş çubuğa oxşayan bir uşaq idi. Haqqında kimin nə söyləməsinəbaxmayaraq, çox əla, qeyri-adi zövqü olduğunu hamı bir nəfər kimi etiraf eləyirdi.Zeyn həmişə kəndin ən gözəl, ən şirin, ən gülərüz, ən zərif danışıq qabiliyyətiolan qızlarına vurulur. Kənd omdasının[6] qızıAzzənin gözəlliyi on beş yaşı tamam olanda aşkara çıxdı. O uzun müddət davam eləyənquraqlıqdan sonra yağan yağışın altında yuyulmuş sütül palma kimi işıq saçırdı.Dərisi biçinqabağı qarabaşaq zəmisi kimi qızılı, incə cizgiləri olan təzə-tərsifətindəki iri gözlərisə qara rəngdəydi. Uzun, qara kipriklərini elə ehmalcaqaldırırdı ki, istənilən adamın canına od salırdı. İlk dəfə kənd cavanlarınındiqqətini Azzənin gözəlliyinə cəlb eləyən də məhz Zeyn oldu. Bir dəfə omdanınöz əkin sahəsini becərməyə göndərdiyi bir topa kişinin başı üstündə dolaşan daonun səsiydi. Xoruzun sübh banını xatırladan bu qaba və xırıltılı səs car çəkirdi:"Lütfükar və saf insanlar, ayılın! Ey günahları bağışlanmış günahsızlar, sizhardasınız?! Omdanın qızı Azzə sanki qızılı rəngli dərzdir! Zeni eşmə ipləomdanın həyətinə bağlayıblar...”

Bu həyasızlıqdan camaat diksindi, omdaacıqlı baxışlarını Zeynə yönəltdi, içi qəzəbdən kükrədi. Elə bu an hamı Zeyninhasarın başından uzanan, qurudulmuş keçi dərisinə oxşayan çox yöndəmsizfiqurunu omdanın qızı Azzəylə yanaşı görüb bir ağızdan qəhqəhə çəkdi. Omdanın qəzəbisösdü. O, qızarmış gözləriylə palmanın kölgəsindəki oturacağın üstündə oturub,camaatı işləməyə tələsdirirdi. Omda təmkinli, ciddi adam idi, nadir hallardagülərdi, ancaq indi Zeynin sözlərinə bərkdən şaqqanaq çəkərək güldü və qışqırdı:"Zeyn!.. Gecəyarısına kimi belini ikiqat əyib işlə, səni Azzəylə evləndirək”.Omdanın yanında dayananlar yenidən gülüşdülər, Zeynsə susdu. Onun sifəti ciddi,dalğın görkəm aldı. Ancaq əlindəki kərki özü də hiss eləmədən tərpənməyə, daha tez-tezvə ağır-ağır qalxıb enməyə başladı...

O vaxtdan bir ay keçsə də Zeyn özününAzzaya olan məhəbbətindən və atasının qızını ona verəcəyi barədəki vədindənbaşqa heç nədən danışa bilmirdi. Omda onun hisslərindən necə yararlanmağıbilirdi: Zeyn hətta cinlərin, əcinələrin nəfəsini kəsən bu ağır işlərin öhdəsindəngəlməkçün əsl möcüzə yaradırdı. Aşiq olmuş oğlan adamın dilini ağzındançıxardan, hətta daşları çatladan qızmar istinin altında çiyninə qoyduğu dolu suqablarıyla ora-bura qaçır, vurnuxa-vurnuxa omdanın bağını suvarırdı. Və yaxudiri bir baltanı əlində tutub yellədir, ağacı kökündən kəsib odun doğrayırdı. Gahda orda-burda görünüb-itir, omdanın eşşəkləri, atları və danaları üçün yemyığırdı. Həftədə bir dəfə Azza oun üzünə gülümsəyir və bu zaman sevincdən dünyagözündə nura boyanırdı. Ancaq bir ay keçəndən sonra kəndə xəbər yayıldı ki,Azza həkim Əbu Əşarın köməkçisi işləyən öz dayısı oğluna adaxlanıb... Bu xəbər elə bil Zeydi təəccübləndirmədi,o bir kəlmə də dinib-danışmadı. Sadəcə, özünə yeni bir sevgi tapdı.

Bir gün kənd Zeynin qışqırtısına oyandı:"Quz tayfası məni bağladı!” Bu dəfə onun leylisi Sudanın şimalında, Nil çayınınhər iki tərəfində məskunlaşmış bədəvi tayfasından olan bir qız idi. OnlarKababiş və Dər Həmrədən Kordafendəki Həvadir və Miryasab[7] düşərgələrinəköç edirdilər. Su qıtlığı olan mövsümlərdə bu tayfalar bütün mal-qarasıyla birgəsu dalınca Nil çayının sahillərinə doğru üz tuturdular. Bəzən elə il olur ki,göydə bir çimdik də bulud görünmür və quraqlıq bütün ilboyu davam edirdi. Ondatəmiz məhv olmaq təhlükəsi qarşısında qalan həmin tayfalar tək-tək ailələrhalında Diyar Şankiyə və Bədriyyədəki su mənbələrinə səpələnir, vadidə məskənsalırdılar. Köçərilərin böyük hissəsi orda çox qalmır, çətinlikləri yola verəndənsonra gəldikləri yerə qayıdırlar. Bəzilərinisə Nil vadisindəki oturaq həyatdaha çox cəlb etdiyinə görə həmişəlik orda məskunlaşırdılar. Bax, ərəblərin quztayfası beləcə yaranıb. Bu bədəvilər uzun illərdir əkib-becərilən həmin sahil zolaqlarınabağlanıb qalıblar: onlar pendir və yağ satır, qoyun saxlayır, odun və kömür tədarükedir, xurma yetişəndəsə palma sahiblərinin yanında işləyir və buna görə yaxşıpul alırlar. Yerli sakinlərlə ailə qurmur, özlərini xalis, təmiz ərəb, yerlilərisə qaba, yontalanmamış kəndçisayırlar. Ancaq Zeyn bu səddi aşmağı bacardı. Oğlan bir yerdə dayanıb cöcüştuta bilmir, bütün günü ayaqları onu kəndin bu başından digər başına datıbaparırdı. Və bir dəfə də həmin ayaqlar bu səfil sərsərini təsadüfən quz ərəblərinin yanına gətirdi. Osanki nəsə itirmiş adam kimi çadırların başına dolanırdı. Çadırdan çölə, günişığına bir qız çıxdı və öz gözəlliyilə Zeyni məftun elədi – oğlan durduğu yerdəcədonub qaldı. Bu qız onun haqqında eşitmişdi – Zeynin şöhrəti quz ərəblərinə dəgəlib çatmışdı. Qız güldü, onunla məzələnmək qərarına gəldi. "Zeyn, –dedi, – sənmənimlə evlənərsən.” Oğlan bir anın içində ağlını itirdi, qızın gözəlliyi onutilsimlədi, nitqinin şirinliyi onu ovsunladı, sonrasa var gücüylə qışqırdı: "Mənibağladılar, lütfükar insanlar!..” Bütün daxmaların qapılarından, çadırlarındeşiyindən başlar onlara tərəf boylandı. Qızın anasısa çölə çıxdı və qışqırdı:"Sənin orda, o dərvişin yanında nə itin azıb?” Qızın qardaşları Zeynin üstünəcumdu və... o qaçmalı oldu. O gündən etibarən bədəvi gözəli Həlimə Zeynin azğınehtirasının hədəfinə çevrildi. Bu ehtiras yalnız qızın toyundan sonra soyudu.

Həmişə olduğu kimi, adamlar Zeyndən onungözəlliyi haqqında eşitdilər və varlı kəndlilər, adlı-sanlı, qibtəediləsicavanlar ona elçi düşmək üçün valideynlərini dilə tutmağa çalışdılar.

Ancaq sonda o, kənd qazısının oğluna ərəgetdi.

Kənd omdasının qızının ərə getməsi, onunardınca da Həlimənin toyu Zeynin həyatnda dönüş nöqtəsi oldu. Qız anaları, nəhayət,onun gücünün nədə olduğunu başa düşdülər: o, oğlanların diqqətini qızlarına cəlbeləmək üçün gur səsli bir şeypur idi. Və Zeyn qızların oğlanlardan gizlədildiyi,patriarxal münasibətlər sisteminin hökm sürdüyü bu cəmiyyətdə əsl Sevgi peyğəmbərioldu. Bu sevginin ətri gah bir yerdən, gah başqa yerdən yayılmağa başladı.Sevgi həmişə ilk dəfə onun ürəyini fəth eləsə də, orda dayanıb durmur, kiminsəözgə birisinin qəlbinə köçürdü. Zeyn sanki eşq carçısıydı, sevgi toxumu səpən əkinçiydi,məktub daşıyan poçtalyon idi. Onun sifətinin dərinliklərində qərar tutmuş kiçikgözləriylə gözəl bir qıza baxmağı kifayət idi – qızın nəyisə, hansı cəhətisəonu məftun edəcəkdi. Bəlkə məhəbbət elə budur? Və birdən Zeynin keyləşmiş qəlbibu sevgidən göynəyir, uzun ayaqları onu kəndin bu başından o biri başınasürüyür, sahibini itirərək azan it kimi gah burda peyda olur, gah başqa yerdəgörünürdü... Dili sanki gicişir, dayanmadan qız haqqında danışır və qızın adıZeynin heç ayağı dəyməyən yerlərdə də ucadan hallanmağa başlayırdı. Bir dəgörürdün ki, artıq kənddə bütün qulaqlar şəklənir, bütün baxışlar itiləşirdi.Gözünü açmağa macal tapmamış, hansısa alicənab bir atlının əlləri uzanaraq,qızın qolundan yapışır. Toy başlayanda Zeyni axtarmağa da ehtiyac qalmır, oartıq iş başındadır. Bardaq və dolça yiyələri onu əhatəyə alır – su doldurmaqlazımdır. Bir az sonra əlində balta meydanın ortasında görünür – canı-dildənodun doğrayır. Və yaxud ən yaxşı halda mətbəxdə qadınların yanında fırlanır,dili gicişir, qadınlarsa ona ara-sıra ləziz loxmalar tullayırdı: əlinəalmağıyla aşırmağı bir olurdu! Dayanmadan, ara vermədən eşşək anqırtısınaoxşayan gic gülüşüylə hey qəhqəhə çəkirdi... Deməli, artıq yeni bir sevgi macərasıbaşlayır. Ən maraqlısı da onun bu macəraya necə ürcah olması və dəyişmədən, necəvardısa elə o cür də onun içindən çıxmasıydı. Eyni gülüş və naqqallıqlar zərrə qədər də olsa səngimir, arıq ayaqlarıonu künc-bucağa dartmaqdan usanmırdı.

Doğrudur, sevgi sarıdan bəxtinə məhsuldar,bərəkətli illər düşmüşdü. Onun qarşısında kəndli anaların dili topuq çalırdı,onu evə dəvət eləyir, doyunca yedirdir, çay-kofe içirdirdilər. Elə ki, Zeyn buevlərdən birinə girən kimi, dərhal ona stol açır səhər yeməyi və ya naharverirdilər: qablar, kasalar, yeməklər – adamın gözləri dörd olurdu! Əgər səhərçağıdırsa nanəli çay, yox əgər günortadırsa südlü tünd çay gətirirdilər. Dəxliyoxdur, istər səhər olsun, istərsə də axşam, çaydan sonra mütləq darçınlı,hilli, zəncəfilli kofe verirdilər.

Zeynin yaxınlıqdakı evlərin birindəolduğunu eşidən qadınlar dərhal ora cumur, onunla dingildəşir, dilxoşluq edirlər.Əlaltdan dirsəkləriylə qızlarını dümsükləyir, gözlərinin ucuyla Zeyni göstərirdilər:yaxın dur, gicbəsər, salamlaş... Zeynin ürəyinə od salan, həyətdən çıxarkən adıdilindən düşməyən qızın anası xoşbəxt anaydı. Həmin qız bir, uzağı iki aya özünəadaxlı tapırdı. Elə Zeyn də öz yeni statusunun mahiyyətini tez anladı, analarısaf-çürük eləməyə, onların səhər yeməyinə və ya nahara dəvətlərinə cavab verməzdənəvvəl düşünməyə, götür-qoy etməyə başladı.

Bəli... Bütün bunlar beləydi. Ancar buvilayətdə bir qız var idi ki, Zeyn heç vaxt onun haqqında boş-boş çərənləmir,artıq-əskik danışmırdı. Qız onu uzaqdan öz mənalı, ciddi baxışlarıyla izləyir,oğlansa onu bir az yaxından görən kimi susur, naqqallığı və zarafatı bir kənaraqoyur, qəfil harasa yox olaraq ilim-ilim itir, onun yolunu boşaldırdı...



[1]Kırş – Sudan funtunun yüzdəbiri.

[2]Divan burda müsəlman evlərindəkişilər üçün nəzərdə tutulmuş qonaq otağı mənasındadır.

[3] Müsəlmanevlərində yalnız qadınlar üçün nəzərdə tutulan otaq.

[4] Sakiya – Quyudan su çıxartmaqüçün qurğu, dolamaçarx.

[5]əllif məhz"araq” yazır. Görünür, spirt mənasındadır.

[6] Kəndxuda

[7] Sudanın Şimal Qərbindəkiyerlər.