Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilan şəhərində təməlini qoyduğu 2-ci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq.
Adalet.az xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov bildirib.
Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.
Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.
“Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur.
Digər Xəbərlər

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO

"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO

İlham Əliyev və Mehriban Əliyeva faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı
