27 May 2025 12:59
276
GÜNDƏM

 Zəngəzurun cazibəsi: İrandan sonra Fransa konsulluq açır, Rusiya hazırlaşır...

Erməni mediası bildirir ki, Rusiya 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışarkən, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bu prosesi əngəllədiyi bir vaxtda Fransanın bir neçə ay əvvəl dilə gətirdiyi istəyi yaxın günlərdə reallaşacaq.

Adalet.az
xəbər verir ki,Fransanın aylar əvvəl dilə gətirdiyi istəyi – Ermənistanın Zəngəzur bölgəsində konsulluq açmaq niyyəti yaxın günlərdə baş tutacaq.


“İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə (Zəngəzur-red.) Fransa konsulluğunun açılış mərasimi keçiriləcək”, - deyə “Hraparak” yazıb.

Məlumata görə, QHT sədri Karmen Apuntsun konsul təyin olunacağı gözlənilir.

Ekspertlər “Fransanın Sünikdəki konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacağı” fikrini ifadə ediblər.

 Xatırladaq ki, cəlbedici Zəngəzur vilayətinin Qafan şəhərində hələ 2022-ci ildə  İranın Baş Konsulluğunun açılış mərasimi keçirilib. Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov isə 2024-cü ildə  mediaya bildirmişdi ki,   yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq .

Əntiqə Rəşid