"Müdafiə qabiliyyətinin gücləndirilməsi üçün xüsusi alışlar həyata keçirilib" - Nazir

"Azərbaycanda 2024-cü ildə fiskal intizam qorunub saxlanılıb. İqtisadi, makroiqtisadi göstəricilərə nəzər saldıqda, ötən il iqtisadi artım qeyd edə alınıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, ötən il tədiyyə balansı qorunub, ticarət balansında profisit qeydə alınıb, ehtiyatlarımız artıb:
"Dövlət büdcəsi çərçivəsində cəmi 1 il ərzində 15 milyard manatlıq portfel əsaslı xərclərə yönəldilib, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı proqram icra olunub, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində xüsusi alışlar həyata keçirilib. Bütün bunlar həyata keçirilərkən ötən il ölkədə fiskal intizam qorunub”.
Digər Xəbərlər

İlham Əliyev təqdim etdi, Şahbaz Şərif heyran qaldı - VİDEO

Laçın aeroportundan görüntülər

Xalq şairi Rəsul Rzanın 115 illik yubileyi keçirildi - FOTOLAR

Prezident bərpa edilmiş şəhər və kəndlərimizin sayını açıqladı
jpg-1748337158.jpg)
Zəngəzurun cazibəsi: İrandan sonra Fransa konsulluq açır, Rusiya hazırlaşır...

Əsir düşmüş azərbaycanlılar məhkəmədə ermənilərlə üz-üzə - VİDEO

İlham Əliyev Laçın kanat yolunun təməlini qoydu
