Əli Əsədov Misir Senatının sədri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 27-də ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi vurğulanıb.
Həmçinin parlamentlərarası münasibətlərə toxunulub, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların vacib rolu qeyd edilib.
Görüşdə Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Digər Xəbərlər

Laçında üçtərəfli Zirvə görüşü keçirilir - VİDEO + YENİLƏNİB

"Pakistanın bəxti gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşları var" - Şahbaz Şərif

"Regionun qalıcı sülhə sahib olacağına inanırıq" - Ərdoğan

"Hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir" - Prezident

"Azərbaycan daim Türkiyə və Pakistanın yanında olub" - Prezident

Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - YENİLƏNİB + FOTOLAR
