adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Fevral 2023 09:10
2887
LAYİHƏ

Zəngəzurdan Avropaya çıxış yolu

 

Azərbaycanın Avropaya və dünya iqtisadiyyatına inteqrasiya olunması bir çox ölkələrin böyük narahatlığına səbəb olub. Bundan ən çox narahat olan İran və Ermənistandır. Çünki hər iki ölkə güclü Azərbaycanın olmağını istəmirlər. Ən azından ona görə ki, Cənubi Qafqazda belə bir hərbi, iqtisadi və siyasi cəhətdən qüdrətli məmləkətin müvcudluğu adını çəkdiyimiz ölkələrin kökünə birə salır. Təbii ki, heç də hər şey bizə düşmən olan ölkələrin istəyindən və iradəsindən aslı deyildir. Belə ki, Azərbaycan müstəqillik dövrünə qədəm qoyduğu ilk gündən demokratik, sivil və bəşəri bir yol tutub. Beynəlxalq aləmdə də ölkəmizin bəşəri dəyərlərə, adət- ənənələrə, müsair iqtisadi inkişaf modelinə önəm verdiyi üçün dövlətimizə hörmətlə yanaşılır.

Əlbəttə, qısa zaman kəsiyində dünya iqtisadiyyatına inteqrasiya olunmaq inkişaf etmiş və inkişaf etməkdə olan məmləkətlərlə iqtisadi əlaqə qurmaq elə də asan məsələ deyildir. Bunun üçün ilk növbədə ölkəmizdə sabitlik və dayanıqlı iqtisadi sistem mövcud olub. Aydındır ki, məhz xarici dövlətləri də bu məsələlər daha çox maraqlandırır və düşündürür.

O da heç kəsə sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra müstəqil dövlət kimi Azərbyacanın beynəlxalq təşkilatlarda nüfuzu daha da yüksəldi. Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və bir çox iqtisadi cəhətdən dünyəvi əhəmiyyət kəsb edən layihələrin gerçəkləşdirilməsi dövlətimizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev də Heydər Əliyev siyasi kursunu davam etdirərək ölkəmizin dünyada siyasi və iqtisadi mövqeyini daha möhkəmlətdi. Başqa sözlə demiş olsaq, Avropa ölkələrinin və eləcə də dünyanın bir çox inkişaf etmiş məmələkətlərinin Azərbyacana marağı daha da artdı. Çünki onlar yaxşı görürdülər ki, Cənubi Qafqazda ən zəngin və siyasi cəhətdən sabit ölkə Azərbayacandır. Bunu ona görə qeyd edirik ki, beynəlxalq təşkilatlarının nümayəndələrinin, həm də xarici ölkələrin dövlət başçılarının Azərbaycana səfərində ölkəmizin sabitliyinə çox böyük önəm verilib. Onlar bildirblər ki, belə bir iqtisadi cəhətdən güclü və stabil ölkə ilə hər cür əlaqələr qura bilərlər.

Təbii ki, hər hansı ölkə digər dövlətin ərazsində sərmayə qoyanda və investisiya ayıranda ilk növbədə həmin ölkənin daxili vəziyyətini, siyasi durumunu və stabilliyini nəzərə alır. Əgər dediyimiz bu vəziyyətlər varsa, istər-istəməz xarici dövlətlərin də həmin ölklərə marağı böyük olur.

Bəlkə də bir çox ölkələr təsəvvür edə bilməzlər ki, qısa zaman kəsiyində Azərbaycan Avropaya və dünyaya inteqrasiya olunacaq. Amma zaman göstərdi ki, iqtsadi , hərbi və siyasi cəhətdən güclü olan ölkəmiz qarşısındakı hər cür maneəni dəf edərək, bu mərhələni keçdi və yeni bir şərəfli tarix yazdı. Və bu tarix bu gün də şərəflə davam edir. Əlbəttə, bayaq dediyimiz kimi Azərbayacanın sürətli inkişafını gözü götürməyn qüvvələr var . Onlar böyük uğurlarımızdan Avropa və dünya iqtisadiyyatına inteqrasiyamızdan bərk qorxuya düşüblər. Elə paxıllıqdan və xəbislikdən də həmişə bizə düşmən olan qüvvələr böyük layihələrin gerçəkləşdirilməsinə əngəl və maneə törədiblər.

Dünya iqtisadiyyatına ən böyük inteqrasiyalarımızdan biri də Zəngərzur dəhlizi olacaq. Bu dəhlizin açılması nəinki Avropaya, dünyaya çıxış yoldur. Dəhlizin açılmasında isə Rusiyanın, Türkiyənin və Azərbyacanın çöx böyük maraqları var. Bu dəhlizin açılmağına maneəçilik törədən isə İran və Ermənistandır. Amma onların istəyindən aslı olmayaraq, gec- tez Zəngəzur dəhlizi açılacaq. Ötən yazımızda qeyd etdiyimiz kimi ,Zəngəzur dəhlizinin tikinti işləri çox böyük sürətlə davam edir. Həm Horadiz-Ağbənd dəmiryol, həm də paralel olaraq avtomobil yolu inşa edilir. Artıq bu dəmir yolun 60 km-dən çox hissəsi tikilib. Məlum qurumların bildirdiyinə görə bu yol 2024-cü ildə istifadəyə veriləcək.

Bir faktı da qeyd edək ki, Zəngəzur avtomobil yolunun Füzulinin Əhmədbəyli kəndindən başlayan tikintisi indi Cəbrayıla qədər yüksək keyfiyyətlə inşa edilib. Dünya standartlara cavab verən bu yol dağların arası ilə çəkilib. Tikinti prosesində biz də inşaat işləri görən bir neçə iş icraçısı ilə görüşdük. Horadiz şəhəri istiqamətində gedən işlər zamanı görüşdüyümüz iş icraçıları bildirdilər ki, burda 24 saat tikinti işləri görülür. Hər cür ağır texnika və texnologiyalardan istifadə olunur. Hətta yol çəkilişi zamanı dağların partladılması xüsusi önəm kəsb edir. Çünki bu prosesdə bütün təhlükəsizlik tədbirlərinə əməl olunmalı, tikinti- quraşdırma prosesləri ardıcıl olaraq aparılmalıdır. Yəni yolun çəkilişində bütün texniki göstəricilərə birmənalı olaraq nəzər yetirilməlidir. Həmin yolun çəkilişində yerli mütəxəsislərlə yanaşı, Türkiyədən gəlmiş mütəxəsislər də iştirak edirlər. Aydındır ki, qardaş Türkiyə dünya standartlarına cavab verən belə siyasi əhəməiyyətli yolların çəkilməsində böyük təcrübəyə malikdir. Yəqin elə buna görə də bu dünyəvi əhəməiyyətli Zəngəzur avtomobil yolunun çəkilişi belə təcürbəli və səriştəli mütəxəsislərə həvalə edilib.

Ölkəmizin belə yüksəsk inkişaf mərhələsinə qədəm qoyması onu deməyə əsas verir ki, Azərbaycan qarşısına çıxan hər hansı maneədən aslı olmayaraq, öz istəyinə nail olacaqdır. Çünki ölkə prezidenti Cənab İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bunun üçün Azərbayacan öz üzərinə düşən bütün vəzifələri vaxtında və yüksəsk keyfiyyətlə yerinə yetirir.

Heç şübhəsiz ki, böyük siyasi əhməiyyət kəsb edən Zəngəzur dəhlizinin açılışı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, onun dünya inteqrasiyasına bir daha sürətli keçidini təmin edəcəkdir.

Azərbyacan öz yeraltı və yerüstü sərvətləri ilə zəngindir. Bunu deməyə heç bir ehtiyac yoxdur. Bu gün Avropanın enerji resuslarının xeylisini Azərbaycan təmin edir. Neft, qaz və digər yanacaqlar Avropaya ixrac edilməsə, heç şübhəsiz həmin ölkələrdə vəziyyət o qədər də ürəkaçan olmaz. Bunu Avropa ölkələri də yaxşı başa düşürlər. Ona görə də bir çox Avropa ölkələrinin Azərbaycanla iqtisadi əlaqələri çox yükəsk səviyyədədir. Ondan həm avropalılar, həm də biz xeyir görürük. Və bir daha faktlar və hadisələr göstərir ki, Avropa Azərbaycana çox yaxın müttəfiq bir dövlət kimi dəyər verir. Bu dəyərlər isə bizim beynəlxaq aləmdə nüfuzumuzu daha da yüksəldir.

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.