" Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi Aİ -nin vecinə də deyil" - POLİTOLOQ
jpg-1743761784.jpg)
"Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ehtiyacı var. Bu nizamlanmanın sırf Azərbaycanın, yoxsa Ermənistanın ideyaları əsasında qurulmasının Aİ üçün heç bir əhəmiyyəti yoxdur".
Adalet.az xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.
"Onlar üçün, açıq desək, Zəngəzurdan keçən yola ermənilərin və ya azərbaycanlıların nəzarət etməsinin fərqi yoxdur. Onlar üçün bu yolun işləməsi, Rusiya və İranın nəzarətindən kənarda olması vacibdir".
Erməni politoloq onu da vurğulayıb ki, Avropa Rusiyanı heç vəchlə yaxına buraxmaq istəmir:" Avropada Rusiyanı təkcə hərbi deyil, həm də iqtisadi və enerji təhlükəsi hesab edirlər və alternativlərdən biri, bəlkə də əsası Rusiyadan yan keçməklə Cənubi Qafqazdan logistika marşrutlarının açılmasıdır"- deyə politoloq erməniləri əmin edib.
Qeyd edək ki, Baqdasaryan Ermənistan o yoldan istifadə edə bilməyəcəyini də dəfələrlə vurğulamışdı:"Yeraşxdan (Arazdəyən) keçməklə Paruyr Sevak kəndindən Tiqranaşenə (Kərki) qədər yolun çəkilməsi həmin əraziyə Azərbaycanın tam nəzarət etməsinə imkan verəcək. Yəni təkcə anklavları deyil, onları birləşdirən yolları da istəyirlər ki, bu halda Ermənistan artıq daxildən mühasirəyə düşəcək”.
Əntiqə Rəşid
Digər Xəbərlər

Çadralı qadınla bağlı videonu yayanın kimliyi bilindi - Polisə çağırıldı

Səbinə Əliyeva “Amnesty International”a etiraz məktubu ünvanladı

Kamran Əliyev yenidən Baş prokuror TƏYİN OLUNDU

Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

İlham Əliyevdən 1,5 milyon manatlıq SƏRƏNCAM

Naxçıvanda yeni təyinatlar

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb
