01 May 2025 14:03
142
GÜNDƏM

İlham Əliyevdən 1,5 milyon manatlıq SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

Adalet.az xəbər verir kİ, 6 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.