"Xocalıda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir" - Eldar Səmədov
Xocalıda kütləvi məzarlıqda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir.
Adalet.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı işgəncələrlə qətlə yetirilib:
"Onlar qətlə yetirildikdən sonra burada kütləvi şəkildə dəfn olunublar. Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş digər vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxlaq təşkilatların vasitəsi ilə sorğular göndərib. Bu insanların taleyi ilə bağlı faktları Ermənistan tərəfi gizlətməyə davam edir".
Eldar Səmədovun sözlərinə görə, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri də aşkarlanıb:
"Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən qalıqların mülki şəxslərə aid olduğu müəyyən olunub. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Burada qazıntı prosesi davam edir. Ola bilsin ki, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın".
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

