adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Yanvar 2020 09:22
57969
MARAQLI

Zəlzələnin xəbərçiləri – İnsan səhhəti, heyvanlar, atmosfer...

Dünyagündəmi tez-tez zəlzələ xəbərləri ilə sarsılır. Mütəxəsisslər də, adi insanlarda bu fəlakətin itkilərini azaltmaq niyyəti ilə hər zaman axtarışlardaolublar. Araşdırma zamanı TürkiyədəMarmara zəlzələsi öncəsi yaşanan 773 hadisə ilə Yaponiyada Kobe zəlzələsi öncəsiyaşanan 1711 qeyri-adi hadisə müqayisə edilib. Nəticədə, zəlzələdən öncə insan vəheyvan davranışlarındakı oxşar məqamlar üzə çıxıb.

İnsanlar zəlzələdən öncə insandaiştahsızlıq, mədə ağrıları, qaytarma, burun qanaması, baş gicəllənməsi, əsəbpozğunluğu, qan tazyiqinin yüksəlməsi, ürək problemləri və əsnəmə kimi hallarmüşahidə edilir.

Heyvanlarda da qəribəhallar müşahidə olunur

Zəlzələdən öncə itlər yüksək səslə ulayır, hürərək sahibini evdən kənaraçıxarmaq istəyir, qidadan imtina edir, torpağı qazır, göyə baxır, sahibini dişləyir,yaxud yoxa çıxırlar. Pişiklər evdən gedir, narahat olur,ağlamağa başlayır, balasını evdən kənara çıxarır, dırmaşmaq istəyir, qarnıüstündə yerdə sürünür, sahibinin qucağından düşmək istəmir, sahibini dişləyir,qidadan imtina edirlər. İnəklər sıra ilə düzülür, otlaqdangeri qayıtmaq istəmir, südünü sağan adama hücum edir, sahiblərinə daha yaxınolmaq istəyirlər. Xoruz vaxtsız banlamağa başlayır, dayandığı yerdən yuxarıyadoğru tullanır, yerdə çırpınırlar.
Zəlzələdən öncə digər heyvanarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Məsələn,dəniz dibindəki xərçənglər su üzünə çıxır, kərtənkələlər evlərə hücum edir, ilanlartorpaq altından çıxır, qurbağalar isə quru yerlərdə toplaşırlar.



Minlərlə faktlardan birneçəsi...

Bir fakt:2017-ci ilin iyun ayı, səhərsaatları...Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan sabiq deputatı MeldaOnur sosial mediada bir paylaşım edir:”"İki gündür şəhər mərkəzlərindəilanların görünməsi barədə xəbərlər dolaşır. Sonuncu dəfə 1999-cu ildə baş verən zəlzələdənəvvəl belə hal olmuşdu. Demədi deməyin".

​Onurunbu tweet-ini bir neçə dəqiqədə minlərlə adam paylaşıb. Cəmi 2 saat sonra Egey dənizindəRixter şkalası üzrə 6.3 bal gücündə zəlzələ baş verir. Mərmərə və Egeydə hissedilən zəlzələ İzmir, İstanbul, Bursa, Çanaqqala, Tekirdağ kimi bir çox bölgədətəşviş doğurub.

Onurzəlzələdən sonra paylaşdığı tweet-də isə öz şərhinə şaşırdığını gizlətməyib:"Allahım, yanına gəlirəm!"

Növbətibir fakt:2009-cu ildə İtaliyanın Akvila şəhərində baş vermiş dağıdıcı zəlzələyə bir neçəgün qalmış quru qurbağası koloniyası yoxa çıxması böyük bir faciəninyaxınlaşdığından xəbər verirdi. İnsanlar təəccüb içərisində nə baş verdiyinianlamağa çalışdığı zaman fəlakət özünü yetirdi.

1975-ciildə ÇininHaichengşəhərində meydana gələn zəlzələdəntəxminən bir ay əvvəl, ilanların topluca yuvalarından çıxmağa başladığıgörülmüşdü.



Bunabənzər hadisə Şamaxıda baş verib. Mütəxəssislər balıqların 2019-cu il fevralın4-də, yəni zəlzələdən bir gün qabaq Samur-Abşeron kanalında suyun üzünə çıxaraqtəşviş içində hərəkət etmələrini bununla əlaqələndirirlər.Düzdür, mütəxəssislərhəmin vaxt bunun səbəbini izah etməkdə bir qədər çətinlik çəkmişdilər.Ancaq 1 gün sonra hər şey aydın oldu.

EkspertTelman Zeynalov heyvanların zəlzələnihiss etməsini bütün elmi ədəbiyyatlarda təsdiqlənən bir gerçək olduğunubildirmişdi. Onun fikrincə, heyvanlar hansısa təhlükə hiss edəndə ondan qaçmağatələsirlər. Və həmin an insanlara zərər vermə ehtimalları da yüksək olur. Beləki, zəlzələ baş verən zaman Xızı rayonununAltıağac qəsəbəsində 58 yaşında bir nəfər dəvənin hücumuna məruz qalıb vəheyvanın zərbələri nəticəsində ölüb.

Zəlzələdən öncəatmosferdə də qeyri-adi hadisələr baş verir

Beləki, zəlzələdən bir neçə saatöncə qara, boz rəngdə duman görünür. Zəlzələdən öncə göydə mavi və qırmızı rəngdəişıqlar yaranır. Buludlar sıra ilə düzülür. Ay sonmüş, yaxud qırmızı rəngdəolur.

Alimlərin rəyi



Heyvanlarqrunt sularının kimyəvi tərkibinin dəyişməsi vasitəsilə zəlzələninyaxınlaşdığını hiss edir. Alimlərin fikrincə, heyvanların zəlzələ ilə əlaqələndirilənqəribə davranışının səbəbi məhz bu ola bilər.

Mütəxəssislərtəbiət kataklizmi ərəfəsində kimyəvi dəyişiklikləri məhz Akvila şəhərində başvermiş məlum olaydan sonra tədqiq etməyə başlamışlar. İndi alimlər zəlzələniproqnozlaşdırmaq üçün heyvanların davranışından istifadə etməyə çalışırlar.

Araşdırmalarınınnəticələrini "International Journal of Environmental Research and PublicHealth” jurnalında dərc etdirən alimlər dağ süxurlarının sıxılması nəticəsindəYer qabığında əmələ gələn elementlərlə qrunt sularının bir-birinə təsir mexanizminitəsvir etmişlər. Məsələ bundadır ki, təbii su hövzələrində və ya onlarınyanında yaşayan heyvanlar suyun kimyəvi tərkibinə qarşı çox həssasdır. Odur ki,yeraltı təkanları bir neçə gün irəlicədən hiss edirlər.

2011-ciildə ABŞ Aerokosmik Araşdırmalar və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) əməkdaşıFredeman Froynd və Britaniya Açıq Universitetinin bioloqlarının fərziyyəsinəgörə, mütəxəsislər zəlzələ əlamətlərini heyvanların köməyi ilə üzə çıxarmağamütləq müvəffəq olacaqlar.

ƏntiqəRəşid

Adalet.az