İşi yarımçıq qoyub gediblər...
Biz tez- tez su, qaz , elektrik xətlərində qəzaların baş verməsi xəbərlərini eşidirik. Təbii ki, belə qəzalar da olanda aidiyyəti qurumlar hadisə yerinə gəlir, baxış keçirir və mövcud problemləri həll edirlər!
On beş gündür ki, Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, massiv " D" bina 13 - ün qarşısında, konkret olaraq binanın başında içməli su xətti partlayıb və nəticədə içməli su axıb gedir. Günlərlə axan su həyət - bacanı basıb! Sakinlər və binanın sədri Suraxanı rayonu Su-kanal İdarəsinin qəza xidmətinə bu barədə telefonla məlumat vərəsələr də bir müddət adını çəkdiyimiz qurumdan heç kim gəlib, mövcud problemi həll etməyib.
Lakin sakinlərin təkidli müraciətlərimdən sonra həmin idarənin əməkdaşları gəlib, partlayan su xəttinə bir qədər əl gəzdiriblər! Əlgəzdiriblər ona görə deyirik ki, problemi həll etməyiblər! İndi orda böyük bir su çala yaranıb! Çalanın ətrafına mişar daşları düzülüb, ora qırmızı lent bağlanıb. Düz on güdən çoxdur ki, aidiyyəti qurum işi yarımçıq qoyaraq çıxıb gediblər. Təhlükəli çala isə hələ də qalır! Hər gün binanın həyətinə gələn neçə-neçə avtomobil ordan keçərkən çətinliklə üzləşır.
Belə ki, yol daraldığına görə , maşınların altı yerə dəyər və avtomobil sahibləri xeyli ziyana düşürlər! Hələ biz məktəbə gedən uşaqların o dərin çalaya düşməsini demirik! Bir sözlə, hər gün yarımçıq qalmış o yerdə qəza şəraiti olur! Ona görə də Su-kanal İdarəsinin qəza xidməti rəhbərliyinin nəzərinə çatdırırıq ki, zəhmət çəkib, yarımçıq qoyub getdikləri işi başa çatdırsınlar və çalanı təmirdən sonra doldursunlar!
Emil FAİQOĞLU
Digər Xəbərlər
12 Oktyabr 2026 20:15
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
12 Oktyabr 2026 20:13
DTX Masazırda avtomobilləri qəsdən yandıranları HƏBS ETDİ
12 Oktyabr 2026 18:11
12 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisi zorakılıq edib
12 Oktyabr 2026 17:30


Bakı -°C

