adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Dekabr 2019 16:48
36046
DÜNYA

Zelenski Putinə cavab verdi

Rusiya prezidenti Vladimir Putin "normand dördlüyü” liderləri arasındabaş tutan görüşün yekunlarına həsr edilmiş birgə mətbuat konfransında qaztranziti məsələsinə toxunaraq Zelenskiüçün məşhur bir uşaq şerini xatırlatmışdı: «Bizim mənzildə qaz var. Bəs sizdə?»-deyərəkUkraynaya qazı indi aldığından 25 faiz ucuz təklif etmişdi.

1 + 1televiziya kanalının efirində Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarıVladimir Putinin Sergey Mixalkovun bir şeirindən sitat gətirən bəyanatına cavabverib: "Bizdə isə qaz kəməri var"- deyib.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Putinləikitərəfli görüşdən daha əvvəl də qaztranziti məsələsini müzakirə emişdi. O, bildirmişdi ki, qaz məsələsinin «kilidini açmağa» müvəffəq olduq. Sonrakı müzakirələr, o cümlədən tədarükünformatı və qazın qiyməti ilə bağlı müzakirələr müşavirlər tərəfindən həyatakeçiriləcək.Ukrayna lideri qeyd edib ki,"Naftoqaz”-"Qazprom” mübahisəsində 3 milyard dollarlıq kompensasiya məsələsiniaradan qaldırmaq mümkün olub.

Rusiyailə Ukrayna arasındakı hazırkı qaz tranziti müqaviləsi 31 dekabr 2019-cu ildəbaşa çatır, lakin tərəflər tranzitin davam etdirilməsi barədə danışıqlaraparırlar. Kiyevdə onlar uzunmüddətli müqaviləyə arxalanırlar, Moskvada isəmüqaviləni yalnız bir il uzatmağın tərəfdarıdırlar.

MEHRİBAN