adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2019 14:54
19717
SİYASƏT

ZELENSKİ PARLAMENTİ BURAXA BİLƏCƏKMİ?

Ukraynanın yeni seşilmişprezidenti Vladimir Zelenski Ali Radaya ünvanladığı videomüraciətdə inaqurasiyamərasiminin 19 maya təyin edilməsini tələb edib. "Bunu Ukrayna xalqı tələbedir, o xalq ki, siz onun maraqlarına uyğun hərəkət etməyə and içmisiniz” – deyəmüraciətdə bildirilir.

Ukrayna qanunlarına görə yeniseçilmiş prezidentin inaqurasiya mərasimi seçkilərin yekun nəticələrinin elanedilməsindən sonra maksimum bir ay ərzində keçirilməlidir. Nəzərə alcaq ki,Mərkəzi Seçki Komissiyası son seşkilərin nəticəsini aprelin 30-da elan edib,deməli, mayın 30-u son müddətdir.

Ancaq Zelenskinin hövsələsinidaraldan tezliklə prezident kürsüsündə oturmaq həvəsi yox, başqa məqamdır.Məsələ burasındadır ki, yeni prezident nəyin bahasına olursa-olsun parlamentiburaxmaq istəyir. Düzdür, hazırkı parlamentin ömrü o qədər də uzun deyil,vur-tut 6 aydan sonra başa çatacaq. Ancaq heç bir siyasi partiya, parlamentfraksiyası, hətta kiçik bir dəstək qrupu da durmayan bir prezident üçün 6 ay daböyük müddətdir.

Heç vaxt siyasətlə məşğul olmayanZelenski birdən-birə onun olimpinə yüksələrək, məşhur serialda oynadığı rolunureal həyatında da yaşamalı oldu. Real həyatınsa filmlərdən fərqli olaraq sonu "həpiend”lə bitən hazır senarisi olmur.

Üstəlik, Ukraynada parlament prezidentaparatının "sözəbaxan”bir əlavəsi deyil. Ölkə parlamentrespublikasıdır,parlament isə hərəsinin ağzından bir avaz gələn xeyli sayda partiya, siyasiqrup və fərdlərin ideoloji, merkantil maraqlarının daim toqquşduğu söz vəəlbəyaxa savaş meydanıdır.

Zelenski də bunun fərqindədir.Odur ki, elə kürsüyə əyləşən kimi bu qurumu buraxaraq onunla birdəfəlikvidalaşmaq fikrindədir. Şübhəsiz, yeni parlamentdə təşkilatlanmış bir prezidentpartiyası görmək ümidilə.

Parlamenti buraxmaq haqqında o hələ12 mayda başqa bir video- müraciətlə çıxış etmişdi. Bu müraciətin ünvanısaUkrayna xalqı idi. Prezident qərara gəlib ki, əgər müraciətə cavab olaraq birmilyon ölkə vətəndaşı onu dətəkləsə bu addımı atacaq.

Ancaq parlamentin buraxılmasıideyasını bir yox, on milyonadam da dəstəkləsə, hazırda onu gerçəkləşdirməküçün vaxt problemi, seytnot məsələsi var.

İstənilən halda inaqurasiya əngeci mayın 30-kimi keçirilməlidir. Bu qanunun hökmüdür. Zelenskiyəsə bu məhz ayın 27-dən tezlazımdır.

Çünki parlamentin səlahiyyətmüddətinin bitməsinə 6 aydan az vaxt qalarsa, prezident onu buraxa bilməz. İndikihaldabu müddət mayın 27-dəbitir. Qısası, prezident hamin günə kimi parlamentiburaxa bilməsə sonra buna hüququ olmayacaq.

Zelenski MSK-nın ünvanına datənqidlər söyləyib və bildirib ki, qurum seçkilərin son nəticələrinin elanedilməsini qəsddən yubatmaqlaonun parlamenti buraxmasına mane olmağa çalışıb.

İnaqurasiyanın vaxtı parlamentin ümumiyığıncağında sadə səs şoxluğu ilə qəbul olunmalıdır. Əgər deputatlar konkretgün müəyyənləşdirə bilməsələr (sadə səs çoxluğunu yığa bilməmək bu ölkəninparlamentində adi haldır) onda Ali Radanın başçısı bunu müstəqil şəkildə özütəyin edə bilər.

Andiçmə mərasiminin prezidentinistədiyi gündə, yəni 19 mayda keçirilməsi təklifinə isə hələlik yalnız YuliyaTimoşenkonun rəhbərlik etdiyi "Baktivşina” partiyasından dəstək gəlib.

P.S. Birneçə gün əvvəl deyilirdi ki, parlament mayın 14-dəkeçirəcəyi toplantıda inaqurasiya gününü təyin edəcək. Amma səhər saatlarındaməlum oldu ki, Ali Radanın reqlament komissiyası məsələni sabah müzakirəyəçıxaracaq.Bəs, plenar yığıncaq nə vaxt baxacaq? Bax, bunu bilən bir kimsə hələ ki yoxdur.

M. Məmmədov