“Zəfər yolunda 44 gün” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Zəfər yolunda 44 gün - Vətən müharibəsində qələbəmizin təbliği” layihəsi çərçivəsində növbəti tədbir 03 iyun 2022-ci il tarixdə Dadaş Bünyadzadə adına Fatmayi kənd orta məktəbində “Zəfər yolunda 44 gün” kitabının təqdimat mərasimi həyata keçirilmişdir.
Adalet.az xəbər verir ki, tədbirdə açılış çıxışı edən “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin sədri Namiq Sərdarlı layihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etdi ki, layihənin məqsədi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyi, Ali Baş Komandanın müdrik və uzaqgörən siyasətini, Azərbaycan ordusunun rəşadətini, əsgərlərimizin qəhrəmanlıq və cəsarətini təbliğ etmək, bu məlumatları gənclərimizə və gələcək nəsillərə ötürməkdir.
Kitabın təqdimatı üçün söz verilən yazıçı Əziz Sultan da öz növbəsində Vətən sevgisinin əhəmiyyətindən, Şanlı qələbədə rolu olan dövlət-xalq birliyinin əhəmiyyətindən, bu tarixi qələbənin daim yaddaşlarda canlı saxlanması üçün təlim-tərbiyənin və vətənpərvərlik səpkili tədbirlərin vacibliyindən danışdı. Kitabda yer alan 44 hekayənin hər birinin yaşanmış faktlar əsasında qələmə alınmış olması və bu kitabda hekayələri anladılan bir neçə hərbiçi və könüllülərin də tədbirdə iştirak etməsi tədbiri məktəblilər üçün daha da yaddaqalıcı etdi.
Sonda tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Zəfər yolunda 44 gün” kitabı və buklet hədiyyə edilidi.
Digər Xəbərlər
17 Oktyabr 2025 09:00 İNDİKİ GƏNCLƏRİ HEÇ KİM QINAMASIN
10 Oktyabr 2025 15:53 EKOLOGİYANI KORLAMAQ İNSANLARIN ÖZLƏRİNİ MƏHV EDİR
06 Oktyabr 2025 19:39 “Qərbi Azərbaycana aparan yollar”
06 Oktyabr 2025 18:54 QHT yayihəyə yekun vurub
01 Oktyabr 2025 15:58 “AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” KİTABININ TƏQDİMATI OLUB
01 Oktyabr 2025 13:34 Yurda uzanan yollarda gənclik karvanı
28 Sentyabr 2025 16:46 QHT Anım Günü ilə bağlı bəyanat yaydı
25 Sentyabr 2025 11:12 

Bakı -°C 












