adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 May 2024 13:26
694
DÜNYA

Zaxarovadan Fransa qoşunlarının Ukraynaya göndərilməsinə reaksiya

Fransa hərbçiləri Ukraynanın münaqişə zonasında görünsələr, Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 8-də keçirdiyi brifinqdə bildirib.

O, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritməyin mümkünlüyü ilə bağlı bəyanatını şərh edərkən deyib: "Əgər fransızlar münaqişə zonasına düşsələr, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər".

Bundan əvvəl Makron Ukraynaya qoşun göndərilməsinin əleyhinə olmadığı tezisini təkrarlayıb.