Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud yüksək hərarət və oynaq ağrıları səbəbilə Ciddədəki xəstəxanada tibbi müayinədən keçib.
Adalet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
“İki Müqəddəs Ocağın xadimi Kral Salman bin Əbdüləziz Əl Səudun bazar günü tibbi müayinədən keçməsinə qərar verilib. Yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkən kral mayın 19-da Ciddə Kral Əs-Salam Sarayı Xəstəxanasına yerləşdirilib. Müalicə aparan həkim qrupu onun səhhətini yoxlamaq və narahatlığa səbəb olmadığına əmin olmaq üçün bir sıra müayinələr keçirməyi qərara alıb”, - məlumatda qeyd olunub.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:43
"TRUMP TV" fəaliyyətə başladı
22 Sentyabr 2026 11:38
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO
22 Sentyabr 2026 11:20
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
22 Sentyabr 2026 10:40
Kobaxidze və Ərdoğan görüşdü
22 Sentyabr 2026 09:51
Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
22 Sentyabr 2026 09:45
BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54


Bakı -°C

