adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Iyul 2020 14:01
42250
MƏDƏNİYYƏT

Zaur Darabzadə “CinemaPlus”-un Müşahidə Şurasının sədri təyin olundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

"CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Əvvəllər, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən "CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.