adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Dekabr 2019 12:41
33099
SİYASƏT

Zaur Adıgözəlov: “Yeni övladlığa götürmə prosesində idarəetmə ASANlaşacaq”

Övladlığagötürmə müxanizminin təkmilləşdirilməsiməqsədilə Prezident cənab İlham Əliyevin 08 oktyabr 2019-cu il tarixliqanunvericilik təşəbbüsü əsasında Parlamentin plenar iclasının 3 dekabr 2019-cuil tarixli 3-cü oxunuşunda Ailə Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Mülki Məcəlləsi,"Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrumolmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilmişdir.

Qanun layihələrinə dəyişikliklər 2018-ciil 10 dekabr tarixli 393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğunlaşdırmaq məqsədidaşıyır.Bu baxımdan qısa olaraqqeyd edim ki,yeni layihədəövladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideynhimayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onlarıövladlığa götürməyi arzu edən şəxslərinuçotunun təkmilləşdirilməsi və elektronlaşdırılması, övladlığagötürmə prosesindəşəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdəyaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi və məsuliyyətliyinartırılması nəzərdə tutulmuşdur.

Bu layihə övladlığagötürmə sahəsində yeni modeli və elektron hökümətsiyasətini özündə təcəssüm etdirir və təbii ki, bu modelin mərkəzində də uşağınmənafeyinin qorunması durur.

Yeni Qanun ölkə başçısının islahatlarproqramına tərkib hissəsidir və düşünürəmki, qanunun qəbul olunması ilə övladlığa götürmə prosesi ilə bağlı bürokratikəngəlliklərin aradan qaldırılması, vətəndaş məmnunluğunun təmin edilməsi,idarəetmənin ASANlaşdırılması baxımından mühüm sənəd olacaqdır. Belə ki, yeniQanuna görə vətəndaşlar sənəd toplamadan, bir çox təmaslardan azad olurlar vəelektron şəkildə onların müraciətləri, ərizələri qəbul olunur. Bu həm dəelektron hökümətin inkişafına bir töhvədir.

Mövcud icra olunan qanunvericiliyə əsasən valideyn himayəsindənməhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı (ilkinuçotu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmişuçotu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,3 yaşdan yuxarı uşaqlar üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi,ümumi uçotu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsi). Yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslərhaqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcəkdir. Eynizamanda, yeni Qanunda övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdətutulmuşdur. Bunlar - övladlığa götürmək istəyən şəxsin(şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğununmüəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərləmüsahibələr və mənzil şəraitinin yoxlanılması, təlim, uyğunlaşma, müəssisədəuşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlərolacaqdır.) vəövladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsimərhələlərindən ibarətdir. Bu mərhələlər övladlığa götürmə prosesində övladlığagötürmək istəyən şəxslərin həm həyat şəraitinin, həm övladlığa götürməyə olanmotivlərinin, həmçinin uşaqla onların uyğunlaşmasının müəyyən edilməsinə imkanverəcəkdir. Həmçinin, bu qanunda valideyn namizədlərlə bağlı tələblərsərtləşdirilmişdir. Belə ki, bir sıra kateqoriya cinayətləri törədən şəxslərin(sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyatvə sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsitoxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailəmünasibətləri əleyhinə) övladlığa uşaq götürməsi qadağan edilir. Eyni zamanda,ovladlığa götürənlər - nigahda olan şəxslər üçün minimum yaş həddi 25, nigahdaolmayanlar üçün 30 yaş, valideyn - namizədlə övladlığa götürülən uşaq arasındayaş fərqi 18 yaş kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenticənab ilham Əliyevin fərmanına uyğun olaraq bu prosesin dövlət icra mexanizminimüvafiq icra hakimiyyəti orqanı - Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi həyata keçirəcəkdir.

Milli Məclis Aparatının eksperti, fəlsəfə doktoru

Zaur Adıgözəlov