adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Mart 2017 23:30
9281
KRİMİNAL

Zaqatalada 57 yaşlı qadın intihara cəhd edib

Zaqatalada 57 yaşlı qadın intihara cəhd edib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Əliabad qəsəbə sakini, 1960-cı il təvəllüdlü Sənəm İsrafil qızı Əliyeva qarın boşluğunun kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, son zamanlar əsəb xəstəliyindən əziyyət çəkən 57 yaşlı S. Əliyeva intihar etmək məqsədi ilə kəsici alətə özünə xəsarət yetirib.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.