adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2019 15:27
27771
MƏMLƏKƏT

ZAQATALA: PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ DAHA BÖYÜK UĞURLARA DOĞRU

(əvvəli ötənsayımızda)

Ötən müddət ərzindərayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq təsərrüfatlarıfəaliyyətini davam etdirmiş, 2361 baş ana mal süni mayalanmış, 1119 başbala əldə edilmiş, iri buynuzlu mal-qaranın baş sayı 60333 baş,qoyun-keçilərin baş sayı 164803 başolmuş, rayonda 1785 ton diri çəkidə ət, 9369,3 ton süd, 4 milyon 257 min ədədyumurta istehsal edilmişdir.

"Heyvandarlığıncins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 19 avqust tarixli1364 nömrəli Sərəncamının icrası olaraq rayondacari ilin yanvar ayında süni mayalanma yolu ilə alınmış buzovlara görə 37300 manat, fevral ayında isə28700 manat subsidiya hesablanmışdır.

AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirilməsi,mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəzedən vəixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması vəinkişaf etdirilməsi istiqamətindəverdiyi tapşırıqlara uyğun olaraq Zaqatala rayonunda məqsədyönlü tədbirlərdavam etdirilir...

Cari ildə rayonda təxminən 649 hektar ərazidə tütünəkilməsi proqnozlaşdırılır. "Azərtütün" MMC fermerlərlə 456 hektardanartıq sahədə "Virciniya" və"Berley" tütün sortunun əkilməsiməqsədi ilə müqavilə bağlayaraq tələbata uyğun toxum təhvil vermişdir. Tütünçülərtərəfindən seçilmiş torpaq sahələri əsasənşumlanmış, ümumilikdə şitil becərilməsi üçün 10278 kv.m-dək sahədə732 ədəd mexaniki parnik salınaraqonlara qulluq göstərilir. Artıq rayonda tütün şitillərinin sahələrə köçürülməsinəbaşlanılmışdır.


Qərzəklibağçılıq təsərrüfatlarının inkişaf etdirilməsi məqsədilə rayonda mövcud olanfındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlərdavam etdirilir. Bu ilin yaz mövsümündə rayonda mövcud bağlarından pöhrələr tədarükolunmaqla, 255 ha sahədə yeni fındıqbağları salınaraq rayonda mövcud fındıq bağları 19760 hektara çatdırılmışdır.

Bundan başqa, əvvəlkiillərdə əkilmiş fındıq bağlarında bitiş verməmiş ting və pöhrələrin yeniləri iləəvəz olunması təmin edilmiş,"Zaqatala Aqrosənaye" MMC-yə məxsus 5 ha sahədə fındıq tingliyi təsərrüfatında,fərdi tingçilik təsərrüfatları üzrə Bəhmətli kəndində mövcud 4 ha, Əliabad qəsəbəsindəmövcud 1,45 ha, Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus tingçilik sahələrində,eləcə də rayonda 2018-ci ildə fəaliyyətəbaşlamış "Agrarco" MMC-nin Çobankol kəndində yerləşən sahəsi 18 haolan fındıq tingliyində mövcud və yeni salınmıştinglərə aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilmişdir.

Baramaçılığıninkişaf etdirilməsi, gələcəkdə yaşbarama istehsalının və tədarükünün artırılması məqsədi ilə 2018-ci ilin payızmövsümündə cəmi 200 min ədəd olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindənverilmiş 130 min ədəd tut tinginin, K/T-ı Nazirliyi tərəfindən verilmiş 70 min ədəd(Çin XR) tut tinginin əkilməsi təmin edilmişdir. 2019-cu ildə rayonda 70 tonbarama istehsalı proqnozlaşdırılır.

Rayon üçün ənənəvivə ixrac potensialı yüksək olan sahələrdən biri olan gülçülüyün inkişafetdirilməsi üçün 2018-ci ildə müəssisənin64 ha bar verən qızıl gül plantasiyasından 120 ton 787 kq qızıl gül, 35 habarverən lavanda plantasiyasından 22663 kq lavanda ləçəyi tədarük edilmiş, 38kq qızıl gül yağı və 290 kq lavanda yağı istehsal edilmişdir. Rayonda ümumilikdə200 hektardan artıq sahədə gül plantasiyalarına aqrotexniki qulluq tədbirləri davametdirilir.

Arıçılığıninkişaf etdirilməsi, bal ixracının artırılması məqsədi ilə rayonda"EkoZaqatala" MMC tərəfindən "boz qafqaz" cinsinə mənsubarılar yetişdirilərək artırılır və fermerləryüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər. Rayonda əsasən"boz qafqaz" və "karpat" cinsinə mənsub arı ailəsinə xidmətolunur. Bu təsərrüfatlarda il ərzində təxminən 200 ton bal, 3 ton mum, 300 kqçiçək tozu, 100 kq vərəmum, 5-6 kq arı südü, və s. məhsullar istehsal olunur.

NazirlərKabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafınınyekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev öz yekun nitqində aqrar məsələlərəxüsusi yer verərək demişdir: "Azərbaycandakənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, ocümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir. Bununla paralel olaraq,biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Məntapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup dayaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflərhazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları dahaçox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyasıhazırlanmalıdır." Odur ki, rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar-yeniyaradılmış Dövlət Aqrar İnkişaf Mərkəzi, o cümlədən fermer təsərrüfatları bütünimkanları səfərbər edərək cənab Prezidentin bu sahədə olan tapşırıqlarını yerinəyetirməlidirlər.

Rayonda ekolojiməsələlər də diqqət mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi məqsədi iləmüvafiq inzibati tədbirlər həyata keçirilmişdir.

Cari ilinbirinci rübündə rayonda aqromeşə massivlərinin yaradılması ilə əlaqədar birsıra tədbirlər görülərək 14 ha sahədə fındıq, şabalıd və qoz cinsindən ibarətağac tingləri əkilmişdir.

Torpaqların selsularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi,suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalininiçməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında"12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamına əsasən 2019-cu ildərayonda daha 13 ədəd subartezian quyularının yeri mütəxəssislər tərəfindən müəyyənedilərək torpaq sahəsinin sənədləşmə işləri aparılmış, Zaqatala şəhərində,Əliabad qəsəbəsində, Aşağı Tala, Çökək,Dağlı, Yengiyan, Lahıc, Qımır, Gözbarax, Mamrux, Ələsgər, Muxax vəYuxarı Tala kəndlərində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.

2019-cu ilin birinci rübü ərzində rayon ərazisində Muxax, Tala, Qanıx vəBəkməz çaylarında 313,15 min m3 həcmində cay yataqları təmizlənmiş, Suvagil,Əliabad, Qımır, Çobankol, Mamrux, Gözbarax və Yuxarı Çardaxlar yaşayış məntəqələrininqorunması məqsədi ilə Muxax çayda 976 m3 daş beton bəndlər təmiredilmişdir.

2019-cu ilin Irübü ərzində rayonda bütün maliyyə mənbələri hesabına 4,3 milyon manat həcmindətikinti, abadlıq və quruculuq işləri görülmüşdür. Rüb ərzində şəhərin Şəhriyarküçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilliyaşayış binasının tikintisi davam etdirilmiş, rayonda ümumi sahəsi 2866 kvmolan 23 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, sahibkarlar tərəfindənrayonda 799 min manat həcmində yeni ticarət, xidmət, turizm və istirahətobyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmışdır.

2019-cu ilinbirinci rübü ərzində rayonda abadlıq-quruculuq işləri də davam etdirilmişdir.Zaqatala şəhəri ərazisində 2019-cu ildə təmir olunacaq çoxmənzilli yaşayışbinaları, abadlıq işləri aparılacaq və asfalt örtüyü döşəniləcək küçələr müəyyənləşdirilərəktitul siyahıları və qüsur aktları tərtib edilmiş, layihə-smeta sənədlərihazırlanaraq tender komissiyasına təqdim olunmuşdur.

Rüb ərzindərayonda avtomobil yollarının yenidənqurulması və əsaslı təmiri sahəsində dəxeyli işlər görülmüş, magistral və kəndlərarası avtomobil yollarında, şəhərinküçələrində cari təmir işləri aparılmışdır. Zaqatala rayonunun yol-nəqliyyatinfrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan RespublikasıPrezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına 37 kmuzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolununvə 42 km uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobilyolunun tikintisi davam etdirilmişdir. Muxax-Zəyəm-Yuxarı Çardaxlar-Qarqayavtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, yolun 4 kmuzunluğunda hissəsinin torpaq yatağının əsası inşa edilmiş və birinci qatasfalt örtüyü döşənmişdir. Hazırda yol üzərində olan iki körpüdə əsaslı təmirişləri davam etdirilir.

(ardı növbətisayımızda)

Məzahir ƏHMƏDZADƏ