Zakir İbrahimov Qırğızıstan səfiri ilə görüşdü - FOTO
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Z.İbrahimov ortaq türk dünyasının mədəni irsinin daşıyıcıları olan Azərbaycan və Qırğız xalqları arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, həmçinin son illərdə dövlətlərarası münasibətlərin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin çoxşaxəli fəaliyyət istiqamətləri, son illərdə əldə etdiyi nailiyyətlər və qarşıdakı dövr üçün müəyyən olunmuş strateji hədəflər barədə ətraflı məlumat verib. Bildirilib ki, Cəmiyyət ətraf mühitin mühafizəsi prinsipləri əsasında hasil etdiyi qiymətli metalların dünya bazarlarına ixracını uğurla həyata keçirir. QSC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus müəssisələr arasında ön sıralarda qərarlaşıb. Orta Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının şirkətin strateji planlarına daxil olduğunu deyən sədr potensial tərəfdaşlıq imkanları ilə bağlı danışıqların aparıldığını qeyd edib.
Səfir Maksat Mamıtkanov öz növbəsində, dövlət şirkətini əldə etdiyi nailiyyətlər münasibəti ilə təbrik edib. Diplomat ölkəsinin əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, Qırğızıstanın böyük dəmir filizi və digər əlvan metal ehtiyatlarına sahib olduğunu diqqətə çatdıraraq, bu sahədə “AzerGold” QSC ilə birgə fəaliyyətin hər iki ölkə üçün qarşılıqlı faydalı olacağını qeyd edib.
Tərəflər gələcək əməkdaşlığın iqtisadi əlaqələrinin möhkəmlənməsinə, xüsusən də təbii ehtiyatların hasilatı və emalı sahəsində yeni bir mərhələnin başlanmasına töhfə verəcəyini vurğulayıblar. Görüş qarşılıqlı investisiya imkanlarının araşdırılması və gələcək strateji tərəfdaşlığın inkişafı barədə müzakirələrlə yekunlaşıb.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

