DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsi xəbərdarlıq yayıb.
Bildirilib ki, yağıntılı hava ilə əlaqədar olaraq, DYP sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib:
"Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar. Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər. Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər. Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar. Piyadalara tövsiyə olunur. Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər. Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər. Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar".
Qeyd edək ki, hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.
Digər Xəbərlər
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00


Bakı -°C

