Zakir Həsənovun "Şlyapa Zahid"in məhkəməsində dindirilməsi TƏLƏB EDİLDİ
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev ("Şlyapa Zahid") və onunla birgə ittiham olunan keçmiş hərbçi, gizir Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Adalet.az apa-ya istinadən xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində keçirilən iclasda Zahid Niftəliyevin Qəbələ rayonundakı evində fəhlə işlətdiyi hərbçilər ifadə verib.
İttihama görə, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin beş hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evində fəhlə kimi işlədib. Hərbi qulluqçular 15 gün ərzində hər gün səhər saat 08.00-dan axşam saat 20.00 kimi, heç bir ödəniş almadan fərdi yaşayış evinin qarşısındakı həyətyanı sahənin betonlanmasını və daşlarla döşənməsini həyata keçiriblər.
Lakin zərərçəkmiş qismində tanınmış hərbçilər məhkəmədə ibtidai istintaqa verdikləri ifadələrindən fərqli ifadə veriblər.
Onlar həmin Qəbələyə göndərildiklərini lakin evin kimə məxsus olmasından ümumiyyətlə məlumatsız olduğunu deyiblər. Zərərçəkmişlər həmçinin Zahid Niftəliyevdən şikayət etmədiklərini qeyd ediblər.
Zahid Niftəliyev özü isə nə ibtidai istintaq, nə məhkəmə istintaqının bu mərhələsinə kimi ifadə verib.
İttihamda başqa bir epizod isə Zahid Niftəliyevin rüşvət müqabilində hərbçiləri ehtiyata buraxması və ya xidmət yerinin dəyişdirilməsini təşkil etməsi ilə bağlıdır.
Zahid Niftəliyevin vəkili Orxan Kəngərli müvəkkilin sözügedən səlahiyyətlərə malik olmadığını deyib.
Vəkil bununla bağlı vəsatət qaldıraraq Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovun məhkəmədə dindirilməsini istəyib.
Məhkəmə vəsatəti bu mərhələdə baxılmamış saxlayıb.
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Digər Xəbərlər
13 Mart 2026 10:44
Azərbaycanda vəkillərin sayı açıqlandı
11 Mart 2026 17:05
Azər Qasımlıya hökm oxundu
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06


Bakı -°C

