Zakir Həsənov xüsusi təyinatlıların təlimini izlədi - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksək çinli zabitləri ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Adalet.az xəbər verir ki, müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.
Yüksək səviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər.
Tədbirin sonunda general-polkovnik Zakir Həsənov “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçıları ilə görüşüb.
Müdafiə naziri peşəkar ordunun formalaşmasında Xüsusi Təyinatlı Qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin
olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
Digər Xəbərlər
17 Mart 2026 21:36
DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO
17 Mart 2026 20:00
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
17 Mart 2026 18:33
Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib - FOTOLAR
17 Mart 2026 17:18


Bakı -°C

