Zakir Həsənov: "Ordumuzda Türkiyə təcrübəsi əsasında yeni idarəetmə sistemi qurulub"
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla yerinə yetirilir. Artıq müsbət nəticələr də var.
Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov "REAL TV"yə müsahibəsində deyib.
"Bütün dünyanın hərb elmi orduların idarəçiliyi üzərində durur. Bu, çox mühüm bir məsələdir. Son hərbi qarşıdurmalar da göstərir ki, bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır. Biz müharibədən də öncə, bu məsələyə çox ciddi fikir verirdik. Siz xatırlayırsızsa, mən bu haqda deyirdim. Müharibədən sonra da bu istiqamətdə gördüyümüz nöqsanları aradan qaldıraraq, artıq Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edərək yeni bir sistem qurduq. İdarəetmə sistemi", - müdafiə naziri vurğulayıb.
Zakir Həsənov bildirib ki, ordunun idarəetmə sistemində böyük irəliləyiş var.
"Düzdür, müharibə vaxtı bizim idarəetmə sistemi çox yaxşı işlədi. Ordunu idarə edirdik, qarşılıqlı əlaqəni qururduq. Və bunun döyüşlərə təsiri çox böyük idi. Müsbət haldır ki, ordu tam şəkildə idarə olunurdu və vəzifələri yerinə yetirirdi", - Z.Həsənov əlavə edib.
Digər Xəbərlər
07 Aprel 2026 10:45
Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq
07 Aprel 2026 10:14
Həmin uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23
Sürücülərə və şagirdlərə MÜRACİƏT
06 Aprel 2026 17:48
Xəyanət etmək 20 min manata başa gələcək - Yeni qərar
06 Aprel 2026 17:22
Azər Maqsudov amnistiyaya düşdü
06 Aprel 2026 17:03
Azərbaycan və Türkiyə arasında insan haqları istiqamətində əməkdaşlıq müzakirə edilib
06 Aprel 2026 16:43


Bakı -°C

