adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyun 2019 11:52
120061
MÜSAHİBƏ

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

Tanınmış müğənniZahidə Günəş "Ədalət" qəzetinin suallarını cavablandırıb.


- Zahidə xanım, uzun müddət sizi efirlərdə görmədik. Maraqlıdır, hazırda nəişlə məşğulsunuz?

- Yeni mahnılaryazdırıram. Amma bu aralar səhhətimdə bir az problem yaranıb. Televiziya kanallarınınbiri ilə Qubaya çəkilişə getmişdik. Buradan yaz əhvalında getmişəm, ora çatandagördüm ki, qışdır. Oğlum da, özüm də xəstələnmişik.

- Oğlunuzun neçəyaşı var?

- Doqquz.

- Yadımdadır ki,verilişlərin birində oğlunuz atasının adını bilməmişdi...

- Bu haqdadanışmaq istəmirəm...(tərəddüd edir). Hamı bilir ki, Zaur Kamal evdə oturduğum,heç bir efirə çağırılmadığım bir vaxtda mənə əl uzatdı, təmənnasız verilişlərədəvət etdi. Mən o yaxşılığı unuda bilmərəm. Həmin verilişdə Zaur soruşdu ki,Səmral, kimin oğlusan? Oğlumun doqquz yaşı var, amma yaşından çox ağıllıdır.Həmin an Səmral mənim üzümə baxdı.

- Üzünüzə niyəbaxırdı ki?

- Üzümə ona görəbaxırdı ki, həyat yoldaşımla ayrıldığımızı deməyim. Uşaq çıxılmaz vəziyyətdəqalmışdı. Sosial şəbəkədə tamaşaçılar bu sözə görə məni də, uşağımı da təhqiretdilər. Oğlum ağladı və dedi ki, böyüyəndəhüquqşünas olub, sənin qoruyacağam. Səmral mənə deyir ki, bütün analara fikirverirəm. Onlar gəzintiyə, əylənməyə gedirlər, amma sən ancaq toya gedirsən, evəqayıdırsan.

- Belə anladım ki, sənətinizdəki fasiləövladınızı böyütdüyünüzə görə idi.

- Bəli, onun tərbiyəsi ilə özüm məşğuloldu. Düzdür, dayə də kömək edirdi, amma əsasən təlim-tərbiyəsi ilə özüm məşğulolurdum.

- Bilirəm ki,atanız Ordubaddan, ananız Salyandandır. Amma nədənsə sizi çoxları salyanlı kimitanıyır...

- Ana babamMirbağır ağa ağır seyidlərdəndir, kitablar yazıb. Amma ata tərəfimi də heç vaxtdanmamışam. Ata babam Muxtar Cəfərov isə Azərbaycanın ulk akademiklərindənolub.

- Günəştəxəllüsünün tarixçəsi də maraqlıdır. Niyə məhz Zahidə Günəş?

- Ulu öndərHeydər Əliyev göstəriş vermişdi ki, Əl Oyunları Sarayı təmir edilsin. Sarayınaçılışında iştirak edəcək sənətçilərdən biri də mən idim. İki ay məşqlər getdi,sənətçilərin içində ən gənci mənəm. Təxminən 1997-ciildir, tələbəyəm. Tədbiri Nüşabə Ələsgərli, Yasin Qarayev və rəhmətlik GülşənQurbanova aparırdı, rejissor isə Məhərrəm Bədirzadə idi. O vaxta qədər Cəfərovakimi təqdim olunurdum. Amma bu tədbirdə səhnəyə çıxanda Nüşabə xanım məniZahidə Günəş kimi təqdim etdi. Əvvəlcə utandım, sonradan Nüşabə Ələsgərli dediki, bu ad sənə uğur gətirəcək.

- Vizit kartınız hesab edilən mahnınızhansıdır?

- "Dünya" adlı mahnın çoxməşhur idi. Hətta yaşlı nəsil də bu mahnının bəyənmişdi. Sözləri BəxtiyarQaracanın, musiqisi Mətanət Dadaşovanındır. Klipi isə Rövşən İsax çəkmişdi.

- Bəzən sizi Xumar Qədimova ilə müqayisəedirlər, hətta oxşadırlar. Hətta bildiyimə görə çox yaxın idiniz...

- Bəli, çox yaxın idik.

- Sonra nə başverdi?

- Allaha andolsun ki, heç nə baş vermədi. Amma qarşı tərəfi deyə bilmərəm. XumarQədimovayla çörək kəsmişik.

- Çoxları hesabedir ki, bu janrda, bu stildə oxumağı Azərbaycana siz gətirmisiniz...

- Mən onu deyəbilmərəm. O yaşda məndən böyükdür. Ancaq öz yaşımı deməyəcəyəm. Tələbə vaxtı NeşeKaraböceyin mahnılarını oxuyurdum. Özüm Pedaqoji İnstitutun fortepiano şöbəsinibitirmişəm. İlk dəfə efirə də Karaböceyin mahnısıyla çıxmışam. O stili Azərbaycanda ilk dəfə mən oxumuşam.

- İstərdim ki, Xumar Qədimovaylaaranızın dəyməsi barədə danışaq. Doğrudurmu ki, münasibətləriniz xəyanətüstündə pozulub? Yəni, sizin sevdiyiniz insan sonradan onu sevib...

- Qadın olduğuma baxmayın. Mənə eləxəyanət edən insanın başının kəsərəm. Amma elə bir şey olmayıb.

- Sizcə, niyə sənət adamlarının ailəhəyatları nadir hallarda uğurlu olur?

- Xaraktercə etibarlı və evdarlığameylli insanam. Ona görə də özümü əksər müğənnilərdən fərqli sayıram. Alitəhsilli musiqiçi olsam da, evdarlıq, ailəcanlılıq daha çox xoşuma gəlir. Ailəqurandan sonra da mənə deyilmədi ki, efirə çıxma. Sadəcə, özümü ailəmə həsretdim. Həm də elə zəmanə gəldi ki, efirə pul verib çıxanların sayı artdı. Efirəheç vaxt pul verməmişəm. Amma ola bilər ki, hansısa hədiyyə gətirmişəm.Dəfələrlə qohumlarım deyib ki, müğənniliyi qoy qırağa, ailə qur və bu sənətdənuzaqlaş.


İntiqam VALEHOĞLU