"Bürokratik əngəllər, məsələlərin uzadılması Azərbaycanın üsuli-idarəsi deyil" - İlham Əliyev
"Bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub. Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Naxçıvan ərazisində isə yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
08 Sentyabr 2026 15:19
Trampın son paylaşımı nə deməkdir?
08 Sentyabr 2026 14:10
“Avropada bir kabus dolaşmaqdadır, alman faşizmi”
08 Sentyabr 2026 12:07
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
08 Sentyabr 2026 10:52
XİN Şimali Makedoniya və Andorranı təbrik edib
08 Sentyabr 2026 10:49
Azərbaycanın müstəqil xarici siyasəti regional mövqeyini gücləndirir
08 Sentyabr 2026 10:38
“İrana təkbaşına yeni hücum İsrailin fəlakəti olar”
08 Sentyabr 2026 10:21
“Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz”
07 Sentyabr 2026 14:00


Bakı -°C

