Zahid Oruc: Süni intellekt hökumətlər üçün yeni çağırışlar yaradır
Süni intellekt hökumətlər üçün yeni çağırışlar yaradır.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, ötən illərlə müqayisədə informasiya texnologiyaları hökumətlər üçün fərqli vəziyyətlər yaradıb və süni intellektin inkişafı müxtəlif tələblər ortaya çıxarıb.
Z.Oruc vurğulayıb ki, bəzi media kanalları, o cümlədən, “BakuTimes” və “HamamTimes”, süni intellektdən istifadə edərək “Deep fake” məlumatlar yayır və bu cür hallarla mübarizə dövlətin nəzarətində olmalıdır.
Deputat əlavə edib ki, süni intellektlə bağlı ciddi tədbirlər görülməli, büdcə yalnız ərazi bütövlüyünü deyil, eyni zamanda kiber məkanı da qoruyacaq. Bu istiqamətdə addımlar atılarsa, hökumət nümayəndələri və parlament üzvləri işlərini daha həvəslə davam etdirəcək.
Digər Xəbərlər
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

