Zabitə Əliyeva efirlərdən gileyəndi
Gənc ifaçı Zabitə Əliyeva proqramların formatından gileylənib.
Adalet.az bildirir ki, o, dəvət olunduğu proqramlarda daha çox sənətini nümayiş etdirmək istədiyini söyləyib:
“Efirlərə dəvət alıram. Əlbəttə, ifaçıyam dəvəti qəbul edib həvəslə efirə gəlirəm. Axı tamaşaçı bizi görmək istəyir. Ancaq sonra görürəm ki, mənim sənətimdən çox şəxsi işlərimlə, kiminləsə münasibətimlə maraqlanırlar. Hətta belə mövzulardan qaçmaq istəsəm də yenidən eyni mözvulara qayıdırlar. Belə halları heç sevmirəm.Biz azərbaycanlıyıq və düşünürəm ki, Azərbaycan kanallarına dəvət almalıyıq. Bizi xarici ölkələrin proqramları efirə dəvət etməli deyil ki. Çox istəyərəm ki, aparıcılar ifaçılara ancaq sənətdən sual versinlər. Onlara imkan yaratsınlar ki, ifaçılar sənət göstərsinlər”.
Əntiqə


Bakı -°C

