Yunus Oğuzun "Uçurum" romanının təqdimatı olub
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı-publisist, əməkdar jurnalist, tarixçi Yunus Oğuzun "Uçurum" tarixi romanının təqdimatı keçirilib.
Adalet.az-ın məlumatına görə, təqdimat Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyinə həsr edilib.
Tədbirdə Nizami Cəfərov, Rəşad Məcid, Sabir Rüstəmxanlı, Elnarə Qaragözova, Aqil Abbas, Elçin Hüseynbəyli, Əflatun Amaşov, Abid Tahirli, Taleh Şahsuvarlı və digər ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri iştirak edib.
Roman gömrük orqanlarının işindən, cinayətkarlıqla, narkotik ticarəti ilə mübarizəsindən bəhs edir.
Tədbir zamanı Yunus Oğuza Dövlət Gömrük Komitəsinin xatirə lövhəciyi təqdim olunub, həmçinin müəllifin imza mərasimi baş tutub.
Digər Xəbərlər
23 Mart 2026 15:28
İşıqlı və iynəli şeirlər müəllifi Seyran Səxavət haqında - Sona Vəliyeva yazır
23 Mart 2026 15:24
De,necə olacaq sonu Dünyanın?
21 Mart 2026 10:53
"Mehriban görüş": Aqil Abbasın səmimi etirafları - VİDEO
19 Mart 2026 10:52


Bakı -°C

