Yunanıstanın qərarı ilə bağlı Türkiyə XİN-dən açıqlama
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın avqustun 7-də Egey dənizini də əhatə edən Turizm üzrə Xüsusi Məkan Çərçivəsini elan etməsinə münasibət bildirib.
Adalet.az xəbər verir ki, bumunla bağlı nazirliyin sözcüsü Öncü Keçeli açıqlama yayıb. Mətndə qeyd olunub ki, beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi formasiyalar da daxil olmaqla, sözügedən sənəd Türkiyə ilə Yunanıstan arasında bir-biri ilə bağlı Egey problemləri kontekstində Türkiyə üçün heç bir hüquqi nəticə doğurmur. Ətraf mühitin qorunması kimi ümumbəşəri dəyərlərin siyasi məqsədlər naminə alətə çevrilməsi istiqamətində cəhdlər nəticəsizdir və bu, Türkiyənin mövcud hüquqi mövqeyinə heç bir təsir göstərməyəcək.
Bildirilib ki, Egey və Aralıq kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli addımlardan çəkinmək lazımdır. Beynəlxalq dəniz hüququ bu sularda sahilyanı dövlətlər arasında, o cümlədən ətraf mühit məsələləri üzrə əməkdaşlığı təşviq edir.
Türkiyə Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğunu bir daha bəyan edib. Qeyd olunub ki, Türkiyə 2023-cü il dekabrın 7-də qəbul edilən Afina Dostluq Münasibətləri və Yaxşı Qonşuluq Bəyannaməsi çərçivəsində problemlərin beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq prinsipləri əsasında səmimi və hərtərəfli yanaşma ilə həll edilməsinə dair mövqeyini qoruyub saxlayır.
Digər Xəbərlər
07 Avqust 2026 21:00
Emil Əliyev Rusiyada yüksək vəzifəyə seçildi
07 Avqust 2026 20:28
"Bu müqavilə heç bir ölkəyə qarşı yönəlməyib" - Ərdoğan
07 Avqust 2026 17:41
Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
07 Avqust 2026 16:09
"Hazırda Ermənistanda referendum keçirmək mümkün deyil"
07 Avqust 2026 16:06
Yaxın Şərqdə yeni bir era - Məkkə Sazişi imzalandı
07 Avqust 2026 16:03
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026 14:12
"Avropa bizi Rusiya qazını tədarük etməməyə çağırır" - Türkiyəli nazir
07 Avqust 2026 12:49


Bakı -°C

