Yunanıstanda gəmilər durdu - SƏBƏB?
Bu gün səhər saat 6-dan başlayaraq 24 saat ərzində Yunanıstanda gəmilərin hərəkəti dayandırılıb. Adalet.az-ın məlumatına görə, bu üzdən adalar arasında hərəkət hazırda iflic olub.
Tətilə səbəb Yunanıstanın PNO dənizçilər federasiyasının 24 saatlıq tətil elan etməsidir.
Tətilin səbəbi isə dənizçilərin əmək haqqının aşağı olmasından narazı olmasıdır. Onlar əmək haqqının 5 faiz artırılmasını tələb edirlər.
Qeyd edək ki, federasiya ilə gəmi sahibləri arasında daha öncədən aparılmış danışıqlar zamanı federasiyaya əmək haqqının 1 faiz artırılması təklif edilib, lakin onlar bununla razılaşmayıb.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37