Yunanıstan sahillərində 22 miqrant həlak oldu
Yunanıstan sahillərində miqrantları daşıyan qayıq qəzası nəticəsində azı 22 nəfər ölüb.
Adalet.az xəbər verir ki, hadisə Krit yaxınlığında baş verib. Xilasetmə tədbirləri zamanı isə 26 nəfər xilas edilib.
Qayıq Liviyanın Tobruk şəhərindən yola düşüb, sərnişinlər günlərlə qida və susuz qalıb. Ölənlərin bəzilərinin cəsədlərinin dənizə atıldığı bildirilir.
İnsan alverində şübhəli bilinən iki nəfər saxlanılıb.


Bakı -°C

