Müharibənin acı simvolu... - VİDEO
ABŞ və İsrailin fevralın 28-dən İrana qarşı başladığı hücumların 28-ci günündə yayılan bir video sosial şəbəkələrdə geniş rezonans doğurub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Hörmüz Boğazı yaxınlığında, Bandar Abbas şəhərində çəkildiyi bildirilən görüntülərdə kiçik bir qız uşağı sahildə yelləncəkdə yellənir. Arxa planda isə hədəf alındığı iddia edilən dəniz bazasından qalxan qatı tüstü aydın görünür.
Sözügedən kadrlar sosial mediada böyük müzakirələrə səbəb olub. İzləyicilər uşağın bu qədər təhlükəli mənzərə fonunda sakit görünməsini müharibənin acı reallığını əks etdirən sarsıdıcı bir simvol kimi dəyərləndiriblər.


Bakı -°C

