adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Dekabr 2019 15:37
87736
MƏDƏNİYYƏT

YUĞ və Vaqif İbrahimoğlu - yubileylər günü

Ötən gün S.Vurğun adına Azərbaycan Dövlət Akademik RusDram Teatrında YUĞ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimiVaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Adalet.az xəbər verir ki, tədbir MədəniyyətNazirliyinin dəstəyi ilə reallaşıb.

YUĞ teatrının tanınmış aktyoru Amid Qasımov tədbir haqqında məlumat verərək bildirdi ki, buyubiley tədbiri hər bir sənət adamının ürəyincə olduğuna şübhəsi yoxdu:”Tədbirdə öncə qonaqlar teatrın foyesində bu sənət ocağının 30 illik fəaliyyətini əksetdirən fotolardan ibarət sərgi ilə tanış oldular. Azərbaycan Dövlət Teatr Muzeyininhazırladığı fotosərgidə bu sənət ocağının yaranma və inkişaf tarixinin müxtəlifmərhələlərini əks etdirən fotoşəkillər nümayiş olundu. Fotosərgidə teatrın tarixini əks etdirənşəkillər tamaşaçıların marağına səbəb oldu”.



Aktyor yubiley gecəsindən həyəcan qarışıq bir sevinclədə bəhs etdi.Çünki tədbirdəteatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olundu və A. Qasımov da həmin səhnəcikdə yeralmışdı:” Gecədə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev YUĞ DövlətTeatrının tarixinə və inkişaf yoluna nəzər saldı. Bildirdi ki, Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitəmalik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasınınformalaşmasına təkan verib. Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoruAzərpaşa Hemətov da çıxışçılar arasında idi .O qeyd etdi ki, teatrın ilk işiM.Şəhriyarın "Heydərbabaya salam” poeması əsasında hazırlanan "Salam” tamaşasıolub. Kollektiv bu illər ərzində klassiklərdən M.Füzulinin,N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri,K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəliftamaşalara quruluş verib.Bu tədbirin keçirilməsi bizim kimi gənc aktyorlarında ürəyindən oldu. Sənətə,sənətkara qiymət verilməsi bizimdə üzərimizdə işləməyimizə, işimizi dahapeşakarcasına görməyə həvəsləndirdi”.



S.Vurğun adınaAzərbaycan Dövlət Akademik Rus Dram Teatrında YUĞ Dövlət Teatrının 30, teatrınbanisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuşyubiley tədbiri əsl bayram əhval-ruhiyyəsiilə başa çatdı.

Əntiqə Rəşid