Yollar qar və buzdan təmizlənir - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirilib.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilib.
Gecə boyu və səhər saatlarında qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi ərazilərə xüsusi texnikalar — qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların bağlanmasının qarşısı alınıb.
Hazırda AAYDA-nın yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.
Agentlik sürücülərə hava şəraitini nəzərə almağı, qış mövsümünə uyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi, çətin relyefli ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını tövsiyə edir.
Digər Xəbərlər
29 Dekabr 2025 14:42
MİDA-nın 3 dekabr onlayn satışının nəticələri ləğv edilə bilər?
29 Dekabr 2025 14:07
Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq
29 Dekabr 2025 14:04
Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək
29 Dekabr 2025 14:03
Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı
29 Dekabr 2025 13:51
Polisin fəaliyyətinə həsr olunan videoçarx hazırlandı - VİDEO
29 Dekabr 2025 12:31
Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də açılış etdi - FOTOLAR
29 Dekabr 2025 12:18
Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək
29 Dekabr 2025 11:33


Bakı -°C

