1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün bu qədər rüsum alınacaq
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.
Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Digər Xəbərlər
29 Dekabr 2025 16:01
Prezident Dövlət Neft Fondunun 2026-cı il büdcəsini təsdiqlədi
29 Dekabr 2025 15:00
Vətəndaşın pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi təklif olunur
29 Dekabr 2025 14:56
İşsizlikdən sığorta fondunun büdcəsi nə qədər olacaq?
29 Dekabr 2025 14:46
Prezident DSMF-nin 2026-cı il büdcəsini təsdiqləyib
29 Dekabr 2025 14:36
Evlərini kirayə verənlərə şad xəbər!
29 Dekabr 2025 14:35
Naxçıvanda işçilərin sosial sığorta haqları subsidiyalaşdırılacaq
29 Dekabr 2025 14:35
“ƏDV geri al” gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq
29 Dekabr 2025 14:15


Bakı -°C

