Yol polisləri 18 qızıl medal qazanıblar
Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınmasında daxili işlər orqanları əməkdaşlarının da xüsusi payı var. Əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ABŞ-ın Florida ştatının Orlando şəhərində pauerliftinq-benç press növü üzrə keçirilən dünya çempionatında qalib gələn Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının xüsusi tağımının əməkdaşı, polis leytenantı Famil Məhərrəmov və komanda yoldaşları ötən gecə Vətənə qayıdıblar. Onların qarşılanma mərasimində Baş İdarənin əməkdaşları və digər məsul şəxslər iştirak ediblər.
Yol polisi zabiti pauerliftinq-benç press növü üzrə yarışda birinci yeri tutub. Bundan başqa, həmin idman növü üzrə Azərbaycan yığma komandasının daha dörd üzvü yarışlarda qızıl medala layiq görülüblər.
Qarşılanma mərasimində çıxış edən Baş İdarənin əməkdaşları bu uğurların ölkəmizdə idmanın inkişafına yüksək dövlət qayğısının və mükəmməl maddi-texniki bazanın yaradılmasının nəticəsi olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu, son iki ayda Baş İdarənin əməkdaşlarının idman müxtəlif növlərində qazandıqları üçüncü qızıl medaldır. Cari ildə Yol Patrul Xidmətinin əməkdaşları idmanın ayrı-ayrı növləri üzrə ümumiyyətlə 18 qızıl medal əldə ediblər.
Digər Xəbərlər
30 Aprel 2024 12:15
Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
29 Aprel 2024 14:20