Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi
Avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına diqqətlə yanaşmaq onların həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Adalet.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciətində deyilir:
"Təəssüf ki, bəzən hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması, eləcə də ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir. İlk baxışdan adi görünən bu cür davranışlar gözlənilməz vəziyyət zamanı ciddi xəsarətlərə səbəb ola bilər".
Müraciətdə qeyd edilib ki, xüsusilə uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür:
"Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə olunması, onların təhlükəsizlik kəməri ilə düzgün şəkildə bağlanması vacibdir. Unutmayaq ki, onların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır. Təhlükəsiz yol – diqqətli və məsuliyyətli davranışdan başlayır".
Digər Xəbərlər
12 Avqust 2026 10:21
Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub - VİDEO
11 Avqust 2026 22:05
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - FOTOLAR
11 Avqust 2026 22:00
Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
11 Avqust 2026 21:40
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO
11 Avqust 2026 21:33
Prezidentlə xanımı komando hərbi hissələrinə Döyüş bayraqlarını verdilər - FOTOLARI + VİDEO
11 Avqust 2026 20:46
Ağdərədə əmək yarmarkası keçirildi
11 Avqust 2026 20:25
Prezident elektrik mühərrikli yeni avtobuslara baxıb - YENİLƏNİB + FOTOLAR
11 Avqust 2026 19:50


Bakı -°C

