Yol polisi hava ilə bağlı xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Bu barədə Adalet.az-a idarədən məlumat verilib.
Qeyd olunub ki, hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır:
"Bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır:
-hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;
-nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;
-manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;
-işıqlandırma cihazlarından düzgün istifadə edilsin.
Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır".
Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında vacib amildir.
Digər Xəbərlər
14 Yanvar 2026 11:17
Ağdərənin Çıldıran kəndində daha 30 evin bərpası planlaşdırılır
14 Yanvar 2026 11:12
Erməniləri Qaragöldə xidmət yerinə Azərbaycan əsgərləri buraxır - Nazirdən etiraf
14 Yanvar 2026 10:56
Ahıl və tənha vətəndaşlar dələduzların hədəfindədir - DİN çağırış edir
14 Yanvar 2026 09:46
ADY hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərir
13 Yanvar 2026 19:06
İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - FOTOLAR
13 Yanvar 2026 18:37
"Deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq" - Dövlət başçısı ilə səmimi söhbət
13 Yanvar 2026 18:29
"Oğlum məni Sizə əmanət edib" - Şəhid anası ilə Prezidentin dialoqu
13 Yanvar 2026 17:45


Bakı -°C

