adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Noyabr 2018 10:14
4876
GÜNDƏM

Yol polisi bu gündən 150 manatlıq cərimələrə başlayır

Bu gündən avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatıb.

Adalet.az xəbər verir ki, may ayının 1-dən noyabrın 15-dək avtomobilin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilib.

Müddət başa çatdıqdan sonra jalüzlərdən istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 150 manat məbləğində cərimə olunacaqlar.