Yol Polisi adından vətəndaşlara qarşı fişinq hücumları artıb
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
Bu barədə Adalet.az-a agentlikdən məlumat verilib.
Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri “ASAN Pay” elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.
Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimənin ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:
Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.
SMS və messencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.
Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.
Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.
Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və “ASAN Pay” xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.
Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.
Digər Xəbərlər
11 Noyabr 2026 16:24
Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
11 Noyabr 2026 16:20
COP31-də Heydər Əliyev Fondunun pavilyonu açılıb - FOTO
11 Noyabr 2026 15:56
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
11 Noyabr 2026 15:50
Vətəndaşlara “AzParking” adından saxta bildirişlər göndərilir - Xəbərdarlıq - FOTO
11 Noyabr 2026 15:14
"Bələdiyyələrin borclarını silmək mümkün deyil" - Nazirdən deputata cavab
11 Noyabr 2026 14:35
“Rahatlığımızı qorumaq üçün arzularımızı qurban veririk”
11 Noyabr 2026 12:58
Bəzi ərazilərdə qaz və işıq pulunda güzəşt təklif edilib
11 Noyabr 2026 12:34


Bakı -°C

