adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Avqust 2014 14:17
19289
MARAQLI

Yer Planetini UNO-larla nə bağlayır?!

Azərbaycanniyə UNO-ların "xoşuna gəlir”?!


Tarixin bütün zamanlarında insan oğlunu düşündürənvə narahat edən yadplanetlilər mövzusu həmişə öz aktuallığı ilə diqqət mərkəzindəolub. Azərbaycan da yadplanetlilərin "diqqət”indənkənarda qalmayıb. Ölkənin müxtəlif bölgələrində dəfələrlə Uçan NaməlumObyektlərin (UNO) görünməsinə dair şahid ifadələri və ya faktlar qeydə alınıb. Eləbu yaxınlarda - avqustun 24-də, axşam saatlarında Hövsanqəsəbəsində uçan obyekt görülmüşdü. Şahid ifadələrinə görə səmadakı obyektsahilə sürətlə yaxınlaşıb, təxminən 1 dəqiqə səmada "vurnuxub", sonra da yoxa çıxıb.  

Bundan başqa Sumqayıtda, İmişlidə, İsmayıllıda naməlumobyektlərin görünməsi ilə bağlı faklar ortaya çıxıb.

Ufoloq Fuad Qasımov deyirdi ki, Azərbaycandaelə ərazilər var ki, UNO-ların "xoşuna” gəlir. Bu ərazilər Abşeronda -Narginadası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. AzərbaycanUNO-ların məskəninə çevrilməsi baxımından Meksika və Kaliforniyadan sonraüçüncü sırada dayanır. Azərbaycanın yadplanetlilər üçün maraqlı olması həm dəYer kürəsinin hərəkətliliyini tənzim edən enerji mərkəzlərindən birinin Xəzərintəkində və Abşeron yarımadasının altında olması ilə izah edilir. 
Hətta F.Qasımov 1999-cu ilin iyun ayında belə bir sensasionməlumat yaymışdı: "UNO Bakı buxtasında qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir”.


UNO-larla ən çox maraqlanan ruslardır

Şimal qonşumuz qədər UNO-larla maraqlanan ikinciölkə çətin ki, tapıla. Hələ 1996-ci ildə yadplanetlilərə məxsus uçan obyektin Rusiyadameşəlik sahədə qəzaya uğrayandan sonrakı görüntüləri yayılmışdı. Buhadisədən 18 il sonra Rusiya yenidən dünyaya şok görüntülər təqdim edib.

Belə ki, yadplanetlilər barədə hərkəsin yalnız təsəvvürü olduğu halda, ruslar gerçək görüntüləri təqdim edib.Görüntülərin nə vaxt və haradan əldə olunduğu gizli saxlanılır.

Görüntülərdə əks olunan yadplanetlininboyu 132 sm-dir. Xarici görünüşcə insana bənzərliyi olsa da, boynu çox qısa, gözləriyumrudur. Baş nahiyyəsində saç yoxdur. Burun kiçik bir dəlikdən ibarətdir.Yadplanetlinin ağzı kiçik və yumşaqdır. İki qulağı var. Dərisi qırmızı-qəhvəyirəngdə, büzüşmüş haldadır. Bütün bədəni incə mavi kapilyarlarla örtülüb.

Görüntülərdə yadplanetlinin üzərindəolan və elmə məlum olmayan maddədən ibarət geyim yanmış formadadır.

Alimlər yadplanetlinin ölüm səbəbiniaraşdırarkən belə qənaətə gəliblər ki, onun ölümünə səbəb UNO-nun partlaması vəyaxud yer kürəsinin havasına alışmamasıdır. Alimlər yadplanetlinin daha isti planetdən gəldiyiqənaətindədirlər.

Rusiyanın əksər teleproqramları (xüsusilə sonzamanlar) bu sahəyə yönəlib. Sensasion fikirlərlə beyinləri aydınlatmaq əvəzinədaha da dumanlandıran bu proqramlarda şokedici açıqlamalar verilir, hətta bilimadamlarının dili ilə. Belə ki, rus ufoloqları bir çoxumuzun sevimli ev heyvanıolan pişiklərin başqa planetlərin xəfiyyəsi olduğunu iddia edirlər. Doğrusu,pişiklərin fövqəltəbii bacarığa, duyuma malik olduğu faktı yeni olmasa da, hərhalda bu qədərini "həzm etmək” elə də asan deyil. Rus ufoloqları iddia edirlərki, pişiyin gözləri bu dünyaya qoyulmuş "kamera”dır. Yad planetlərdə onun gözlərivasitəsilə bu dünyada baş verənləri izləyirlər. Hətta 2002-ci ildə rus mütəxəssisləriradiodalğa vasitəsilə başqa planetdən pişik miyoltusu eşitdikləriniaçıqlamışdılar.

Maraqlıdır ki, müxtəlif sivilizasiyalarda pişikkultu həmişə mövcud olub, antik mədəniyyətlərdə pişiyə sitayiş olunub. Misirehramlarında, hind eposlarında pişiklə bağlı müəmmalı şəkillər, inanclar mövcudolub. Bioloqlar bu günə qədər də bu sualın cavabını tapa bilmirlər: pişikləristiqamətləri necə belə dəqiq müəyyən edirlər? Məsələ burasındadır ki, pişiklərihansı tərəfdə azdırırsan azdır (hətta kilometrlərlə uzaqda olsa belə!) yenə dəyaşadığı ünvanı asanlıqla tapa bilirlər.

Yadplanetlilərin Yer üzündəki daha bir şpionu dagöbələklərdir. Rus və yapon alimləri uzun araşdırrnalardan sonra belə nəticəyəgəliblər ki, göbələklər şüurludurlar! Alimlər daha cəsarətli bəyanatlar verərəkbildiriblər ki, qidadan tutmuş, bədəndə, torpaqda – hər yerdə mövcud olan göbələklərdünyada şəbəkə şəklində mövcud olaraq məlumat toplayıb özlərində saxlaya bilirvə yadplanetlilər də Yer üzünə "təşrif buyurarkən” lazımi informasiyalarıonlardan əldə edə bilirlər.    


Dahi alimlər yadplanetlilərdimi?

Çağdaş dünya əhalisinin 20 faizi yadplanetlilərinmövcud olduğuna inanır. Reyter agentliyi bu barədə 22 ölkədə 23 min insanarasında sorğu aparıb. Nəticələrə görə, Hindistan və Çində əhalinin 40 faiziyadplanetlilərin insan qiyafəsində aralarında olduğuna inandığını deyib. Buiddiaya ən az inanan isə Belçika, İsveç və Hollandiyada yaşayanlardır. Adı çəkilənölkələrdə cəmi 8 faiz gəlmələrə inanan var. Qeyd edək ki, gəlmələrin olduğuna vəonların insanların arasında yaşadığına inananların əksəriyyəti 35 yaşdan aşağıolanlardır. Xəyalpərəst, mistik mövqeli, eyni zamanda belə sirli məsələləriözünün gündəlik həyat tərzinə çevirənlər onların varlığına daha çox inanırlar. Həttason zamanlar bu günə qədər dahi alimlər kimi tanıdığımız bir sıra şəxsiyyətlərin(xüsusilə yaşadığı zamana görə xeyli irəlini görmüş alimlər) yadplanetlilərolduğu iddia edilir. Bunların arasında ilk yeri Leonardo da Vinçi (1452-1519) tutur.Buna səbəb özündə bir çox istedadları birləşdirmiş dühanın hələ 6 əsr bundanqabaq bir sıra müasir icadları etməsini əsas gətirirlər. Əlbəttə o dövrüninsanı üçün velosiped, paraşüt, uçan aparatlar, müxtəlif hərbi silahlar, linza,avtomobil çertyoju, projektor, robot və.s. kimi kəşflər ağlasığmaz görünür.

Bundan başqa, İsak Nyutonun (1643-1727), Mendeleyevin(1834-1907), Eynşteynin (1879-1955), başqa kainatlar haqqında ən aydın təəssüratyaradan yazıçı Herbert Uellsin (1866-1946) yadplanetli və ya başqa zamandan gəlmişzaman yolçuları olduğu iddia edilir.   


UNO tarixdə

Yadplanetlilər barədə məlumatlarhələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər QədimMisirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindənistifadə olunduğunu iddia edirlər. Piramidaların inşasında istifadə ediləndaşların hər birinin 2 ton ağırlığında olması, habelə onların divarlarındaastronavt şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.

Hind eposlarındaallahların "alov saçan gümüşü qablardan enib insanların arasına gəlməsi” fikridəfələrlə təkrar olunub və o zamanın rəssamları tərəfindən qələmə də alınıb.

Mayya qəbiləsinin dəyazılı abidələrində UNO ilə bağlı dəqiq məlumatlar var.  

Antik yunan tarixçisiPlutarx (e.ə 45-127) Dardanel ətrafında planlaşdırılmış döyüşün qəfil naməlumobyektlərin peyda olması səbəbindən baş tutmadığını yazıb.

XI əsrdə Çin filosofu naməlumobyekti dostu ilə bərabər görmüş və onun təsvirlərini qələmə almışdı.

1561-ci ildə Avropada – Nyunberqşəhərində iki silindrə bənzər obyekt görünərək o dövrün rəsmi qeydlərində yeralmışdı.

Rusiyada isə UNO barədəilk yazılı qeydlər 1663-cü ilə təsadüf edir. 
UNO-ların müasir tarixi isə onların ilk dəfə1896-cı ildə ABŞ-da müşahidə edilməsi ilə başlayır.


UNO İslamda

İstər Qurani-Kərimin bəzi ayələri, istərsə də İslam müqəddəslərininbir çox kəlamları bu gün araşdırıldıqda, onlarda yerdənkənar sivilizasiyalarbarədə işarələrin olması ehtimalı ortaya çıxır. Belə ki, müasir təfsirçilərinbir qismi hətta hamının əzbər bildiyi "Əl-həmdu lillahi rəbbil-aləmin"(Fatihə) ayəsini də bu cür şərh edirlər. Bildirirlər ki, Allah bu aləmdən başqadigər aləmlərin də rəbbidir və həmin aləmlərdə də canlılar yaşayırlar. Bundanbaşqa, təfsirçilər Quranın aşağidakı ayələrini də yerdənkənar sivilizasiyalarınmövcudluğuna sübut kimi təqdim edirlər:

"Yeddigöy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şeyyoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərinibilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən həlimdir,bağışlayandır" (İsra, 44)

"Göyləri,yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir.Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir" (Şura,29)

Bundan başqa İslam müqəddəsləri də öz hədislərindəbaşqa kainatlarla bağlı fikirlərini bölüşüblər:

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Allahın 12min aləmi var. Hər aləm 7 səmadan və 7 yerdən daha böyükdür. O aləmlərdən heçbiri sizə görünmür. Allahın bunlardan başqa da aləmi var. Mən bu aləmlərin hamısınahöccətəm" ("Nurus-səqaleyn" təfsiri, cild 1, səh. 16-17).

İmam Əlidən (ə) rəvayət edilən bir hədisdə isə beləbuyurulur: "Səmada gördüyümüz bu ulduzlar yerdəki şəhərlər kimi şəhərdir.Bu şəhərlər bir-biri ilə nur sütunu vasitəsilə əlaqə saxlayırlar" ("Təfsiri-nümunə",cild 20, səh. 439; Şeyx Abbas Qummi - "Səfinətul-bihar", cild 2, səh.574).

Məşhur Quran təfsirçilərindən sayılan Mucahiddən rəvayətetmişlər ki, bizim Kəbə mövcud 14 Kəbədən dördüncüsüdür və hər asimanda Kəbəvardır.

İmam Baqir (ə) hədislərin birində buyurmuşdur ki,Allah-Təala min-min aləm və min-min Adəm yaratmışdır. Biz bu aləmlərinsonuncusunda yaşayırıq və sonuncu Adəmin nəsliyik. Allah bizim günəşdən əlavədaha 40 günəş, bizim aydan əlavə daha 40 ay xəlq edib. Bu günəşlərin və aylarınbir-birindən məsafəsi 40 illik yoldur. Onların hər birində çoxlu canlılaryaşayır və bu canlıların bizim mövcudluğumuzdan heç bir xəbəri yoxdur (SeyyidHaşim Bəhrani - "Təfsirul-burhan", cild 1, səh. 47).


Lakin istər dində göstəriləneyhamlar, istərsə də XXI əsrin elm və texnologiyasının yüksək səviyyədə inkişafetməsinə baxmayaraq, UNO-larla bağlı sirlər hələ də açılmamış qalır.